ÜST qlobal fövqəladə vəziyyət elan ETDİ

ÜST qlobal fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun sürətlə yayılması səbəbindən qlobal fövqəladə vəziyyət elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar ÜST-ün  bu gün keçirilən iclasında qəbul olunub. Təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus xəstəliyin “görünməmiş” sürətlə yayıldığını bildirib. Bununla belə, ÜST virus səbəbindən səyahətlərə və ticarət əlaqələrinə məhdudiyyətlər qoyulmasını tövsiyə etməyib.

Məlumata görə, hazırda bütün dünyada 7834 nəfər bu virusun daşıyıcısıdır. Onlardan 7736-sı Çində, 98-i isə ayrı-ayrı ölkələrdə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır. 171 nəfər isə dünyasını dəyişib. 12 min 167 nəfərdə isə xəstəlik şübhəsi mövcuddur.






Fikirlər