MSK-nın iclası başladı: Bu şəxslərin də nəticələri ləğv edilə bilər - SİYAHI

MSK-nın iclası başladı: Bu şəxslərin də nəticələri ləğv edilə bilər - SİYAHI

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bəzi seçki dairələrindən edilmiş şikayətlərə baxacaq.

"AzerTaym.az"  Baku/ws-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı seçki dairələri üzrə qərarların açıqlanacağı gözlənilir.

Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlər baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

10 saylı Binəqədi: lider namizəd Madər Musayev

11 saylı Qaradağ: lider namizəd Aydın Hüseynov

14 saylı Xəzər: lider namizəd Soltan Məmmədov

15 saylı Yasamal birinci: lider namizəd Ülvi Quliyev

18 saylı Nərimanov-Nizami: lider namizəd Rasim Musabəyov

28 saylı Sabunçu: lider namizəd Eldar Quliyev

42 saylı Sumqayıt: lider namizəd Tahir Mirkişili

45 saylı Abşeron: lider namizəd Oqtay Əsədov

57 saylı Kürdəmir: lider namizəd Əminə Ağazadə

60 saylı Salyan-Neftçala: lider namizəd Fəzail Ağamalı

67 saylı Cəlilabad şəhər: lider namizəd Malik Həsənov

72 saylı Yardımlı-Masallı: lider namizəd Musa Qasımlı

73 saylı Lənkəran şəhər: lider namizəd Rüfət Quliyev

79 saylı İmişli: lider namizəd Razi Nurullayev

81 saylı Beyləqan: lider namizəd Şahin İsmayılov

91 saylı Ucar: lider namizəd Ramil Həsən

92 saylı Zərdab-Ucar: lider namizəd Əliyeva Jalə

95 saylı Tərtər: lider namizəd Sahib Alıyev

109 saylı Balakən: lider namizəd Nəsib Məhəməliyev

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: lider namizəd Elman Məmmədov

125 saylı Zəngilan-Qubadlı: lider namizəd İmamverdi İsmayılov

Qeyd edək ki, ötən iclasda bu dairələr daxil olmuş müraciətlər baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilmişdi.

Bundan başqa, 4 dairənin nəticələri ləğv edilmişdi. /Baku/ws

 

 


 

 

 

 






Fikirlər