Bu dairələrin nəticələri ləğv olundu - TAM SİYAHI
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. "AzerTaym.az" bildirir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov. Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib: - 91 saylı Ucar seçki dairəsi - 81 saylı Beyləqan seçki dairəsi - 72 saylı Yardımlı-Masallı seçki dairəsi - 95 saylı Tərtər seçki dairəsi - 42 saylı Sumqayıt ikinci seçki dairəsi - 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - 15 saylı Yasamal birinci seçki dairəsi - 28 saylı Sabunçu üçüncü seçki dairəsi - 79 saylı İmişli seçki dairəsi - 60 saylı Salyan-Neftçala seçki dairəsi