“Cennifer Lopez İnstaqramda məni izləmir” - Günay İbrahimli
“Tez-tez dəyişirəm. “Google”a yazsanız, hər rəngdə saçım çıxacaq. Mənə ən çox yaraşan şabalıdı rəngdir. Qara heç yaraşmır. Kəkil isə məni cavan göstərir. Təzə klipimdə yenidən dəyişəcəm”. "AzerTaym.az" bildirir ki,bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. O, Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” açıqlaması ilə bağlı suala cavab verməyib: “Bu barədə danışmaq istəmirəm. Amma Elza xanımı çox bəyənirəm, sənətinə, özünə hörmətim var. Çox gözəl sənətçidir”.
G.İbrahimli “İnstaqram sənətçiləri tamaşaçı ilə çox yaxın edib” fikirlərinə isə belə münasibət bildirib: “Bununla razı deyiləm. İnstaqramda çox paylaşım etmirəm. Günə və ya günaşırı paylaşım edirəm. O qədər maraqsızlaşıb ki... İşimin xətrinə bunu edirəm. 7 mindən çox fotom var. Fotosessiyaların sayını-hesabını bilmirəm. Hamısında fərqli obrazlardayam. İstəyirəm televiziyalarımız inkişaf etsin. Verilişlərin sayı çox olsun ki, biz də bilməyək hansına çıxaq. İndi verilişlərə seçim edərək çıxıram. Televiziyaya çıxmaq lazımdır. Elə adamlar var ki, heç sosial şəbəkədə yoxdur. Camaat sənin danışığını, hərəkətini görmək istəyir. Canlı efirləri çox sevirəm. İnstaqramda isə canlı funksiyasını sevmirəm. Bir-iki dəfə girdim, xoşagəlməz sözlər yazdılar". Müğənni “Elə azərbaycanlı məşhur var ki, onu İnstaqramda izləyirsiniz, lakin o sizə qarşı laqeyiddir” sualına isə “Elə biri yoxdur. Cennifer Lopezi izləyirəm. O, isə məni izləmir” deyə, cavab verib.
Günay geyimləri ilə bağlı çıxan xəbərlərdən də danışıb: “Bu cür xəbərlərə əsəbiləşmirəm. Eyni libasda ola bilərik, bu normal bir şeydir. Sosial şəbəkələrdə səhifələr geyimlərimin qiymətlərini yazır. Yazılanlar realdır. Fantastik deyil”. İfaçı bildirib ki, İnstaqramda saxta profili var: “Hamını oradan izləyirəm. Xariciləri isə daha çox. Şəxsi səhifəmdən alış-veriş səhifələri, bloqqerlər və məşhurları izləyirdim. Baxdım ki, 400-ü keçib. Ona görə də sildim”.
Sənətçi “İnstaqramda az insanı izləmək eqo göstəricisidir” sualını isə belə cavablandırıb: “Kənardan yaxşı görünmürdü, həddindən çox idi. Kimlərlə münasibətim var, onları izləyirəm. Hamının “Fake” profili var. Desəm ki, yoxdur yalan olar”.