Koronavirusun 6 yeni növü TAPILDI
Yarasa üzərində araşdırma aparan bir qrup mütəxəssis koronavirusun 6 yeni növünü tapıb. Modern.az “Daily-Mail” qəzetinə istinadən xəbər verir ki, Myanmada yarasaları araşdıran bir qrup tədqiqatçı yarasa üzərindəki 6 yeni koronavirus növündən üçünü alfakoronavirus, üçünü betakoronavirus olaraq təsnif edib. Elm adamları yeni kəşf edilmiş 6 koronavirus növünün COVID-19 ilə eyni ailəyə aid olduğunu vurğulayıb. Ancaq ilkin məlumatlara görə, bu viruslar SARS, yaxud da COVID-19 xəstəliyinə səbəb olan növlərlə sıx əlaqəli deyil.