Saakaşvili Ukraynada baş nazirin müavini olmağı QƏBUL edib

Saakaşvili Ukraynada baş nazirin müavini olmağı qəbul edib

Gürcüstanın sabiq dövlət başçısı və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna preezidenti Vladimir Zelenskinin təklifini qəbul edib. 

"AzerTaym.az" BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə RİA "Novosti” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Zelenski Saakaşviliyə Baş nazirin müavini olmağı təklif etmişdi.

Ukrayna çox güclü bir iqtisadi fırtına, böhran dövrünə girir. Prezident mənə Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmaq barədə göstəriş verdi. Kiyevin daha yaxşı danışıqlara və məqbul şərtlərə ehtiyacı var. Zelenski və komandası tərəfindən qəbul edilən dəyişikliklərin icrasını sürətləndirmək lazımdır”, - deyə Saakaşvili bildirib.






Fikirlər