Pandemiya dünya zənginlərinə 434 milyard dollar QAZANDIRIB
ABŞ milyarderləri son 2 ayda sərvətlərini 15% artırıb. Modern.az “Americans for Tax Fairness and İnstitute for Policy Studies” analitik qrupuna istinadən xəbər verir ki, martın 18-dən mayın 19-na qədər onların sərvəti ümumilikdə, 434 milyard dollar artıaraq 3,382 trilyon dollar olub. Dünyanın ən zəngin iş adamı Cef Bezosun sərvəti 30,6% (34,6 milyard dollar), Bill Geytsin sərvəti 8,2% (8 milyard dollar) və Martk Zukerberqin sərvəti isə 25,3 milyard dollar (46,2%) artıb. Paralel olaraq, mart ayında milyarderin sayı 614 nəfər idisə, may ayında onların sayı 630 nəfər çatıb.