SON DƏQİQƏ! TƏBİB məlumat YAYDI
Bu gün Azərbaycanda koronavirusla bağlı 5 013 test aparılıb. Bu barədə "AzerTaym.az" TƏBİB-ə istinadən xəbər verir. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 339 876-ya çatıb. Qeyd edək ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954, 1956 və 1958-ci il təvəllüdlü dörd nəfər bu gün vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 7 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3 316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.