62 yaşlı ulduz 24 yaşlı sevgilisi ilə evlənir - FOTOLAR

62 yaşlı ulduz 24 yaşlı sevgilisi ilə evlənir

62 yaşlı isveçəsilli Hollivud ulduzu Dolf Lundqren ikinci dəfə evlənməyə hazırlaşır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktyor 24 yaşlı norveçli fitnes müəllimi Emma Krokdalla ailə quracaq. Emma evlilik təklifi zamanı ona hədiyyə olunan üzüyün fotosunu sosial şəbəkədə paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Dolf Lundqren 17 il Anett Kviberqlə ailəli olub. İda və Qreta adlı 2 qızı olan cütlük 2011-ci ildə ayrılıb. Lundqrenin sevgilisi Emma böyük qızı İda ilə yaşıddır.

 



 






Fikirlər