“Lotu Quli” QƏTLƏ yetirildi - Yenilənib
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib. "AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumata görə, o, Antalyada otellərin birində birlikdə yemək yediyi yaxın adamı tərəfindən başından güllələnib. Hadisə Serik rayonunda qeydə alınıb. Səlifov xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs hadisə yerindən qaçsa da, Antalya-Dənizli yolunda saxlanılıb. *** Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. O, 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı. "Lotu Quli" həbsdən çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçmişdi.