03.09.2014- "Lotu Quli" titul verdi

03.09.2014- "Lotu Quli" titul verdiAzərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) ad günü münasibətilə Türkiyədə mərasim təşkil edilib. Mərasimdə bir sıra “qanuni oğru”lar iştirak ediblər.

Rusiya mətbuatının yazdığına görə, “qanuni oğru”ları mərasimə “Lotu Quli”nin qardaşı Namiq Səlifov dəvət edib. Bildirilir ki, mərasimdə “Lotu Quli” iki nəfərə “qanuni oğru” titulu verilməsini təklif edib. “Oğruların toplantısı”nda iştirak edənlərin çoxu Nadir Səlifovla aralarının dəyməməsi üçün təklifə etiraz etməyiblər və qərar qəbul olunub.

Nəticədə “Lotu Quli”yə yaxınlığı ilə tanınan Rafət Əlibayramlinski və Ceyhun Gəncinskiyə “qanuni oğru” titulu verilib. Lakin onlar tacqoyma mərasimində iştirak da etməyiblər.

Nadir Səlifov 20 ildir ki, Bakıda həbsxanadadır. Buna görə də o, mərasim zamanı ad günü təbriklərini “skayp” vasitəsilə qəbul edib. Elə tacqoyma mərasimində də bu yolla iştirak edib.
/ ans press /






Fikirlər