11.03.2014. - Azərbaycanlı "qanuni oğru"lar arasında göyərti "razborka"sı

11.03.2014. -  Azərbaycanlı "qanuni oğru"lar arasında göyərti "razborka"sıRusiya paytaxtının göyərti bazarına nəzarət uğrunda mübarizə başlayıb.

AzerTaym.az-ın ANS-ə istinadən məlumatına görə, azərbaycanlı "qanuni oğru"lar Moskvanın Skopkovo bazarında nəzarəti ələ keçirmək üçün əsl müharibəyə başlayıblar.

Qeyd edək ki, Skopkova bazarında yemiş və qarpız topdan satış bazarı yerləşir. Məlumata görə, bazara meyvə və tərəvəzlərdən ibarət furalar gəlir və bu maşınlardan Rövşən Lənkəranskinin klanının nümayəndələri pul alır.

Bu bazara nəzarət məqsədilə Rövşən Lənkəranski ilə Yusif Bakinski və Rəşad Gəncəli arasında qarşıdurma başlayıb. Rusiya hüquq-mühafizə orqanlarından bildirilib ki, qarşıdurma silahlı insidentə belə keçə bilər.






Fikirlər