14.01.2014. - İlham Rəhimovun bazarı bağlandı!

14.01.2014.  -  İlham Rəhimovun bazarı bağlandı! “Sadovod”un qapıları möhürləndi, bazarda çoxsaylı pozuntular aşkarlandı
Bu gün Moskvanın Şərq dairəsinin Daxili İşlər İdarəsinin və Rusiya İstehlak Nəzarətinin (“Rospotrebnadzor”) əməkdaşları prezident Vladimir Putinin tələbəlik dostu İlham Rəhimova və ortaqlarına məxsus “Sadovod” bazarında qəfil reyd keçirib.
“Forbes” jurnalının rus versiyasına istinadən xəbər verir ki, bazarda qanunvericiliyin və sanitar normaların kobud şəkildə pozulması halları aşkar edilib. Reydin nəticəsi olaraq bazarın bağlanması barədə operativ qərar çıxarılıb.
14.01.2014.  -  İlham Rəhimovun bazarı bağlandı!
14.01.2014.  -  İlham Rəhimovun bazarı bağlandı!
“Rospotrebnadzor”un rəsmiləri bildiriblər ki, “Sadovod”un fəaliyyətinin tamamilə dayandırılmasına dair məhkəməyə müraciət ediləcək. Mənbənin sözlərinə görə, bazarda onlarla kobud qanun pozuntuları aşkar olunub. Bura alıcıların hüquqlarının pozulması, kimyəvi maddələrin saxlanıldığı anbarda müvafiq təhlükəsizlik avadanlıqlarının qoyulmaması, sürücülərin gündəlik tibbi yoxlamadan keçirilməməsi, sanitar-epidemioloji vəziyyətin pozulması və s. daxildir.“Sadovod” bazarı İlham Rəhimova və onun yəhudi ortaqlarına - əslən Qubadakı Qırmızı qəsəbədən olan milyarderlər Zarah İliyevə və Qod Nisanova məxsus idi. Bazar ortaqların əsas gəlir mənbələrindən biri hesab olunurdu.
Bundan əvvəl Moskva meriyası qərar vermişdi ki, bazar sökülsün və onun yerində müasir ticarət mərkəzi tikilsin. Lakin bazarın fəaliyyətinin bu cür dayandırılması gözlənilməz olub. Qəfil reyddən sonra “Rospotrebnadzor”un əməkdaşları “Sadovod”un qapılarını möhürləyiblər.
Xatırladaq ki, ötən ilin payızında Rusiyada miqrantlara qarşı kütləvi reydlərin başlanmasından sonra “Sadovod”un bağlanması haqda çağırışlar eşidilməyə başlamışdı. Bazar qeyri-leqal miqrantların cəmləşdiyi nöqtələrdən biri hesab olunurdu.

14.01.2014.  -  İlham Rəhimovun bazarı bağlandı!
14.01.2014.  -  İlham Rəhimovun bazarı bağlandı!






Fikirlər