Azərbaycanda həbsxanalarda “qanuni oğru” anlayışı yoxdur

Mədət Quliyev kriminal aləmin Azərbaycanda cəzaçəkmə müəssisələrindəki gücündən danışıb
Azərbaycanda həbsxanalarda “qanuni oğru” anlayışı yoxdur
"Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələrində “qanuni oğru”ların müəyyən ixtiyar sahibi olması barədə gedən informasiyalar əsassızdır. Təbii ki, cinayətkar aləmə yaxın olan məhkumlər müəyyən addımlar atmağa cəhd edirlər. Bu, ötən əsrin əvvələrində də mövcud olub. Ancaq Penitensiar Xidmətin əməkdaşları qanun çərçivəsində bunun qarşısını alır”.

Azertaym.az-in məlumatına görə, bu barədə Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Mədət Quliyev onu da vurğulayıb ki, Azərbaycanda cəza çəkən məhkumların beşdə biri narkotik istifadəçiləri və bu səbəbdən cinayətə cəlb olunanlardı.






Fikirlər