25.07.2014- İlhamə Quliyeva: “Nazpəri mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir
Bu gün Ali Məhkəmədə xalq artisti, “Şərəf”, “Şöhrət” ordenli, ustad sənətkar, Türk dünyasının Sənət kraliçası İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə son qoyuldu. Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib. Eyni zamanda məhkəmənin qərarına əsasən o, İlhamə xanımdan üzr istəməlidir. İlhamə Quliyevanın mediyaya ekzkluziv açıqlaması:
- Mən Qanunu sevən, Qanuna riayət edən, Qanunun aliliyinə xidmət edən sənətkaram. Müstəqil Azərbaycanın Konstitusiyasına hörmət edib dəstəkləyən azərbaycanlıyam. Mənə qarşı qərəzli mövqedə dayanan, haqsız ittihamlarla şərəf və ləyaqətimi təhqir edən hər kəs qanun qarşısında cavab verib və verəcək. Bütün məhkəmələrdə Nazpərini uddum. Bu gün də Ali Məhkəmədə Nazpəri Dostəliyevaya qarşı iddiam üzrə yekun məhkəmə prosesi keçirildi.
Məhkəmənin qərarına əsasən, Dostəliyeva mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir. Düşünürəm ki, məhkəmə ədalətli qərar verdi. Mən ədalətli qərara görə Dövlətimizə, Dövlətimizin qanunlarına, Ali Məhkəmənin rəhbərliyinə, huquq-mühafizə orqanlarının əməkdaşlarına, qanunları obyektiv içra edən məhkəmə məmurlarına təşəkkürümü bildirirəm. Vəkilim Pərviz Hacılıya da minnətdaram. Onun mövqeyi bizim qələbəmizi təmin etdi. Nazpəri mənim şərəf və ləyaqətimi təhqir etmişdi. Mənim titullarıma şubhə ilə yanaşmışdı. Məhkəmə hər bir fikirə münasibətdə obyektivliyi təmin etdi və qanuni qərar çıxartdı. Qeyd edim ki mənə verilən hər bir titul qanuni şəkildə möhurlə təsdiqlənmiş titullardır və heç kimin bu titullara şübhə ilə yanaşmağa haqqı yoxdur.
Çünki, mən Türk dünyasının Sənət kraliçası İlhamə Quliyevayam. Bu titulu mənə Turk dünyası verib. Mən üç xalq artisti yetişdirmiş bir ailənin nümayəndəsiyəm. Beynəlxalq statuslu sənətçiyəm, Sülh səfiriyəm, Dünya Azərbaycanlılari Mədəniyyət Akademiyasının prezidentiyəm. Məğlubiyyət mənlik deyil, mən məğlubedilməz qalibəm!!! Bu gün məmnuniyyətlə İtaliyanın Milan şəhərinə istirahətə gedirəm. Doğum günüm ərəfəsində qarderobumu təzələyib, şopinq edəcəyəm, bir sözlə iyul ayının 29-na kimi İtaliyada istirahət edəcəyəm.