06.03.2014. - İlhamə - Nazpəri qalmaqalı yenidən alovlanır?

06.03.2014. -  İlhamə - Nazpəri qalmaqalı yenidən alovlanır?Müğənnilər - İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı münasibət gərginləşməkdə davam edir
Nazpəri Dostəliyevaya ötən il Novruz bayramı ərəfəsində İlhamə Quliyeva tərəfindən ona təqdim olunan titulu məsxərəyə qoyub.

Bir neçə gün əvvəl ANS-də yayımlanan “Şoubiz” verilişinə dəvət alan N.Dostəliyeva həmkarının ona layiq gördüyü “Şərqin nazlı pərisi” titulunu aşağılayan açıqlama verib.

N.Dostəliyeva deyib ki, onun belə yalançı titullara ehtiyacı yoxdur.

İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov isə deyib ki, müğənni Nazpəri Dostəliyeva ilə məhkəmə çəkişməsi prosesi davam etdiyindən adıçəkilən müğənninin hər hansı açıqlamasına münasibət bildirmək istəmir.






Fikirlər