İbrahim Tatlısəs beşinci dəfə EVLƏNDİ...
Türkiyəli müğənni İbrahim Tatlısəs 69 yaşında 5-ci dəfə ailə həyatı qurub. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə aparıcısı olduğu “İbo Show” proqramında məlumat verib. İ.Tatlıses verilişdə qonağı Ebru Yaşarın "Nikah bağlamısan" sözlərinə belə açıqlama gətirib: "Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə izahat verməyəcəyəm". Qeyd edək ki, Gülçin Karakaya sənətçidən 43 yaş kiçikdir.