QLOBAL SAVAŞ TƏHLÜKƏSİ realdır: Nüvə zərbəsi istisnadır, yeni bioloji silah isə tətbiq ediləcək

Dünyanın nəhəng dövlətləri qlobal savaşı mümkün hesab edərək, heç bir halda, nüvə silahından istifadə olunmaması barədə əvvəlcədən anlaşıblar; Digər tərəfdən isə, dünyanın yeni bioloji silahın hədəfinə çevriləcəyi ilə bağlı növbəti xəbərdarlıq apokalipsis dövrünün yaxınlaşma əlaməti sayıla bilər...

Dünyanın nəhəng dövlətləri gözlənilmədən ortaq bir bəyanatla çıxış ediblər. Bəyanatı imzalayan dünya nəhənglərinin - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya - hamısı nüvə silahına sahib olan dövlətlərdir. Və bu səbəbdən də bəyan edilən anlaşma istər-istəməz böyük maraq doğurur.

Məsələ ondadır ki, adları sadalanan dövlətlər ortaq razılaşmaya görə, dünyada nüvə silahından istifadə etməklə, qlobal müharibənin baş verməsinə əngəl olmağı qərarlaşdırıblar. Eyni zamanda, nüvə silahının yayılmaması üçün birgə səylər göstərmək barədə də öz üzərlərinə öhdəliklər götürüblər. Yəni, nə baş verməsindən, bir-birinə qarşı düşmənçilik etmələrindən asılı olmayaraq, heç bir halda nüvə silahından istifadə olunmayacaq.

İlk baxışdan, olduqca doğru və əhəmiyyətli anlaşma təsiri bağışlayır. Çünki, dünya nəhəngləri bəşəriyyəti nüvə savaşından qorumağa çalışmış kimi görünürlər. Və son vaxtlar dünya nəhəngləri arasında münasibətlərin təhlükəli həddə qədər gərginləşdiyini də nəzərə aldıqda, belə bir anlaşmaya ehtiyac olmamış deyildi.

orig--1582284720.jpg (38 KB)

Ancaq bu anlaşma həm də müəyyən narahatlıqlar üçün də əsaslar yaradır. Əgər, nüvə silahına sahib olan beş önəmli nəhəng dövlət belə anlaşmaya ehtiyac duyublarsa, deməli, nüvə müharibəsi ilə bağlı təhlükə artıq real xarakter daşıyır. Üstəlik, bu dövlətlər həm də dolayısı ilə nüvə silahının tətbiq edilməyəcəyi qlobal savaşın mümkünlüyünü təsdiqləyirlər. Yəni, demək istəyirlər ki, müharibə etmək olar, sadəcə, nüvə silahından istifadə olunmasın.

Onu da qeyd etmək lazımdır ki, hazırda ən real müharibə təhlükəsi də elə məhz bu beş ölkə arasındakı münasibətlərdən qaynaqlanır. Ağ Ev Rusiya və Çini rəsmən ABŞ-ın düşməni elan edib. ABŞ və Çin arasında qarşıdurma psixoloji savaş mərhələsindədir. Ukrayna böhranı ucbatından yaranmış vəziyyət isə ABŞ və Rusiyanı hər an silahlı toqquşmalara məcbur buraxa bilər.

Deməli, dünya həqiqətən də olduqca böyük təhlükə qarşısındadır. Hətta nüvə silahından istifadə edilməsə belə, bu ölkələrin iştirak edəcəyi istənilən savaş dünyaya dəhşətli kataklizmlər vəd edir. Çünki, bu ölkələrin əlində olan müasir hərbi texnologiya qısa müddətdə böyük dağıntılara, fəlakətlərə və kütləvi qırğınlara səbəb ola bilər. Və belə bir təhlükənin mövcud olması artıq Qərb mediası tərəfindən də ehtimal olunur.

Təhlükəsizlik üzrə ekspert Endryu Mistanın "The Wall Street Journal"da yer alan ehtimalları bu istiqamətdə ən ciddi xəbərdarlıq kimi də qəbul edilə bilər. Onun fikrincə, yaxın beş il ərzində dünyanın nəhəng dövlətləri arasında silahlı toqquşmaların baş verə biləcəyi qətiyyən istisna deyil. Təhlükəsizlik eksperti hesab edir ki, ABŞ və Çin arasında hərbi qarşıdurma riski əvvəlkindən qat-qat yüksəkdir. Və bu qarşıdurma, xüsusilə də, iki ölkə arasında Tayvanın mülkiyyəti ilə bağlı mübahisə səbəbindən hər an qaynar fazaya keçə bilər.

1592541076.jpg (45 KB)

Digər tərəfdən, ABŞ ordusunun belə böyük müharibə formatına hələ hazır olmaması səbəbindən digər güclü dövlətlərin Ağ Evə meydan oxumaq həvəsləri güclənə bilər. Çünki, ABŞ ordusunun modernləşdirilməsi üçün Pentaqona təxminən 15 ilə yaxın zaman lazımdır. Yəni, ABŞ-ın böyük savaşa hazır olmaması barədə mövcud qənaətlər bu superdövlətin beynəlxalq rəqiblərini belə situasiyadan istifadə etməyə meylləndirə bilər.

Məsələ ondadır ki, hazırda Qərb, Yaxın Şərq və Şimali Afrikadan miqrasiya dalğaları, koronavirus epidemiyası və “mədəni İnqilab” və s. səbəblərdən ABŞ kifayət qədər qəliz vəziyyət ilə üzləşib. Bütün bu kənar təsir faktorları ABŞ-ı onun beynəlxalq rəqiblərinin hiss edə biləcəyi səviyyədə zəiflədib. Belə vəziyyət ABŞ-ın dünya hökmranlığına son qoymaq istəyən rəqib ölkələr üçün fürsət kimi görünə bilər.

Təbii ki, dünyanı təhlükə altında saxlayan problemlər yalnız qlobal savaş ehtimalı ilə məhdudlaşmır. Hazırda aktuallığını hələ də qoruyan koronavirus epidemiyası da "gözəgörünməz düşmən" ilə qlobal savaş xarakteri daşıyır. Bu "gözəgörünməz düşmən"in isə məhz insan zəkası olduğu da artıq qətiyyən şübhə doğurmur. Çünki, bu virusun laboratoriyada icad olunub, dünyaya yayıldığı ABŞ da daxil olmaqla, bəzi dövlətlərin xüsusi xidmət servisləri tərəfindən təsdiqlənib.

Belə anlaşılır ki, insan zəkasını öz məkrli hədəfləri və özəl maraqları üçün istifadə edən bəzi "qaranlıq dərin güclər" dünya əhalisinə qarşı qlobal savaş açıblar. Onların qaranlıq maraqları ucbatından hər gün milyonlarla insan bu virusa yoluxur, onminlərlə günahsız insan həyatını itirir. Və bu savaşı başladanlarsa, dünya üzərində öz təsir dairələrini daha da genişləndirməklə yanaşı, həm də sərvətlərini artırırlar.

Halbuki, həmin "qaranlıq dərin güclər"in artıq əldə etdikləri nəticələrlə kifayətlənmək niyyətləri də yoxdur. Hər halda, onların öz təmsilçilərinin dili ilə bütün dünyaya verdikləri yeni xəbərdarlıq mesajları böyük narahatlıq doğurur. Xüsusilə də, dünyanın ən məşhur və pandemiya dövründə öz sərvətini daha da artırmış milyarder Bill Qeytsin son xəbərdarlığı dünyanın hələ uzun müddət "qaranlıq dərin güclər"in düşmənçiliyinə hədəf olacağını göstərir.

f250dbbb81b6ff1531dac16d089dd54c.jpg (110 KB)

Bill Qeyts əminliklə iddia edir ki, dünya koronavirus pandemiyasından sonra növbəti epideyalara da hazır olmalıdır. O, öz sırasını gözləyən epidemiyanı təxmini də olsa, təsir etməyə çalışıb. Bill Qeytsin dediyinə görə, dünyada "çiçək xəstəliyi"nin virusu yayıla bilər. Milyarder hesab edir ki, terrorçu qruplaşmaların müxtəlif ölkələrin aeroportlarında bu virusu yayacağı təqdirdə, dünya böyük sürətlə "çiçək xəstəliyi"nin təsiri altına düşə bilər. Çünki bu dəfə yoluxma yüz dəfələrlə daha sürətli və ölümcül olacaq.

Göründüyü kimi, dünya əhalisi yeni fəlakət mesajı ilə təhdid olunur. Hətta yeni fəlakətin mənbəyi və yayıcı qüvvəsi də dəqiq göstərilir. Bu isə o deməkdir ki, yeni fəlakətin ssenarisi artıq hazırdır. Və tezliklə planı işə salmaq niyyətindədirlər.

Vaxtilə koronavirus pandemiyası barədə "müjdə"ni də məhz Bill Qeyts vermişdi. O, 2015-ci ildə açıqlama verərək, dünyanın "gözəgörünməz düşmən" ilə mübarizə aparmalı olacağını bildirmişdi. B.Qeytsin dedikləri eynilə özünü doğrultduğundan onun yeni fəlakət xəbərdarlığına da ciddi yanaşmaq vacibdir. Və bu baxımdan, dünya əhalisinin koronavirusdan sonra yeni bioloji silahla zərbə alacağı qətiyyən şübhə doğurmamalıdır.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, bir tərəfdən dünyanın nəhəng dövlətləri qlobal savaşı mümkün hesab edirlər. Ona görə də, bu qlobal savaşda nüvə silahından istifadə edilməməsi ilə bağlı əvvəlcədən razılaşma əldə etməyə də ehtiyac duyurlar. Digər tərəfdən isə, dünyanın yeni bioloji silahın hədəfinə çevriləcəyi ilə bağlı növbəti xəbərdarlıq gündəmə gətirilib. Belə anlaşılır ki, dünya birmənalı şəkildə apokalipsis dövrünə keçid ərəfəsində yaşayır.  \"Yeni Müsavat"  

 
 






Fikirlər