TƏCİLİ! Putin əleyhinə koalisiya yaradılır - Zelenski liderlərlə danışdı...

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şoltz, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Polşa Prezidenti Andjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonda danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lider öz “Twitter” hesabında paylaşım edib.

“Putini Ukraynaya və bütün dünyaya qarşı müharibəni dərhal dayandırmağa çağırırıq. Putin əleyhinə koalisiya yaradılır. Təcili sanksiyalar tətbiq edilməli, Ukrayna müdafiə edilməli və maliyyə dəstəyi göstərilməlidir. Dünya Rusiyanı sülhə məcbur etməlidir”, - deyə, V.Zelenski bildirib.

 






Fikirlər