Baydendən Rusiyaya 1 trilyonluq ZƏRBƏ...

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumunu müzakirə etmək üçün G7-dəki həmkarlarımla bir araya gəldim və Rusiyaya dağıdıcı sanksiya paketləri, digər iqtisadi tədbirlər üzərində işləməyə qərar verdik. Ukraynanın cəsur insanlarının yanındayıq”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Həftələrdir bu vəziyyət yaranmasın deyə xəbərdarlıqlar etdik. Ukrayna sanki Rusiyaya qarşı bir hücum içərisində imiş kimi əsassız yanaşma ilə Rusiya hücuma keçdi. Rusiyanın planları kiberhücumlarla da davam etməkdədir. Putin administrasiyası hücum və müharibəni seçdi. İndi nəticələri ilə üzləşəcək.

Tətbiq edəcəyimiz sanksiyalar vacib nəticələr ortaya qoyacaq. Rusiyanın uzun vədədə təsirinə məruz qalacağı sanksiyaları ortaya qoyuruq. Rusiyada birja tarixdə görülmədiyi qədər gerilədi. Dörd banka daha sanksiya tətbiq edərək, blok qoyduq.

Rusiya banklarının 1 trilyonluq vəsaitinə sanksiya tətbiq edildi. Maliyyə sektorları, strateji sektorlar təsirə məruz qalacaq. Rusiyanın texnologiya ilə bağlı ixracatının yarısı da bu təsirdən payını alacaq. Rusiyanın strateji hədəfləri uzun vədəli olaraq təsirə məruz qalacaq”, - deyə Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan edib.






Fikirlər