“Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq” – Merkel
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları ləğv etməyə hazırlaşmır.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın federal kansleri Angela Merkel deyil. “Minsk razılaşmalarının tələbləri yerinə yetirilənə qədər biz iyul və ya sentyabr ayına qədər qüvvədə olan sanksiyaları ləğv edə bilmərik və etməyəcəyik. Bu, düzgün olmazdı”, – deyə o, söyləyib.
A. Merkel Aİ-nin bu gün keçiriləcək sammitində bu məsələni Aİ liderləri ilə müzakirə edəcəyini bildirib. Sammitdə Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyalar məsələsi müzakirəyə çıxarılacaq. Toplantıda Ukraynanın baş naziri Arseni Yatsenyuk da iştirak edəcək.