İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandan vasitəçilik TƏKLİFİ - Zelenski AÇIQLADI VİDEO
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər". Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Prezident Zelenski daha sonra qeyd edib ki, Ukrayna ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər də mübarizə aparacaq.
V.Zelenski bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri onunla telefonla danışıb. Hər iki lider vasitəçilik təşəbbüsü göstərmələri haqqında məlumat veriblər.
Bu barədə Türkiyə televiziyaları da məlumat yayıblar.
"Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, - Zelenski bildirib.