Ukraynada həlledici döyüş başladı - Ruslar cəbhə boyu hücuma keçdi...

 Ukraynada həlledici döyüş başladı - Ruslar cəbhə boyu hücuma keçdi

Ukrayna müdafiəçilərinin rus işğalçıları ilə Donbas uğrunda döyüşü bir neçə gündür davam edir. İşğalçılar Luqansk və Donetsk vilayətlərində hücum əməliyyatlarını gücləndiriblər.

Yenisabah.az UNİAN-a istinadla bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik deyib.

Son bir neçə gün ərzində düşmən Şərq əməliyyat zonasında hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə sürətləndirib və faktiki olaraq bütün təmas xətti boyunca raket zərbələrinin və artilleriya atəşlərinin sayını artırıb.

"İndi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb", - Motuzyanik qeyd edib.

Onun fikrincə, rus işğalçılarının Ukraynanın şərqinə geniş hücumu gec-tez baş verməli idi.

Eyni zamanda, polkovnik qeyd edib ki, Ukrayna ordusu cəsarətlə müdafiə olunur və düşmənin yolunda dayanırlar.

"Onlar rus işğalçılarının bütün ərazilərimizi ələ keçirmək planlarının gerçəkləşməsinə imkan vermirlər. Ona görə də Donbassdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür ", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.






Fikirlər