Azərbaycandan İrana mesaj: İstənilən ssenariyə hazırıq...

Azərbaycandan İrana mesaj: İstənilən ssenariyə hazırıq

"Azərbaycan və İran arasında strateji qırılma var. Məhz bu qırılma ikinci Qarabağ müharibəsindən sonra Tehranın regionda yeni geosiyasi reallıqları qəbul etməməsidir. Halbuki, bu yeni siyasi konfiqurasiya Tehranın da maraqlarına cavab verirdi, amma İran rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, Türkiyə ilə birgə regionda koordinasiyalı çalışması, Zəngəzur dəhlizinin açılmasının nəzərdə tutulması Tehranda qısqanclıqla qarşılandı".

 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun fikirincə, İranın indiki ortaya qoyduğu siyasət Cənubi Qafqazda mövqelərini sarsıdacaq:

"Onsuzda İran Cənubi Qafqazda aktiv olmayıb. Türkiyənin bu regionda güclənməsi İranı narahat etdi. Tehran rejimi formalaşmaqda olan "Türk oxu"nu region siyasəti üçün təhlükə görür və Zəngəzur dəhlizinin bu birliyə aparacağının fərqindədir.

Qeyd edim ki, İranın Yaxın Şərqdə formalaşdirmaga çalışdığı "Şiə hilalı"ndan fərqli "Türk oxu" regionda siyasi -iqtisadi inteqrasiyanı və sülhün təhlükəsizliyin təminini özündə ehtiva edir. Ona görə də Bakı -Tehran əlaqələrinin yaxın perspektivdə yaxşılaşması gözlənilmir. Azərbaycan cənub sərhədlərində hərbi təlimlər keçirməklə Tehranla istənilən ssenariyə hazır olduğunun mesajını verdi".






Fikirlər