"O nazir haqqında ümumiyyətlə mənfi söz tapa bilməzsiniz"

"Baş verənlər hələ heç nədir, orada qoluna birbaşa qandal vurulub həbsə aparılacaq generallar, şöbə müdirləri, idarə rəisləri var"
   ümumiyyətlə mənfi söz tapa bilməzsiniz"
Vətəninfo.az  "Azər-Türk "Qadınlar Birliyinin sədri, Tənzilə Rüstəmxanlımnın  müsahibəsin təqdim edir.
Bu dəfəki müsahibi haqqında əvvəlcədən qısa arayış yazmaq istəmədim. Bircə onu demək istərdim ki, bu dəfə sözün həqiqi mənasında bir Türk xatunuyla həmsöhbət oldum. Müsahibəmizi oxuyan, oxumaq iqtidarında olan hər kəs Türkün adı gələndə dodaqarı titrəyən, Türkün adı gələndə yanağını göz yaşı isladan, Türkün adı gələndə gözlərindən atəş çıxan, Türkün adı gələndə köksü qabaran, özüylə, sözüylə, bütün varlığıyla Türk olan bu xanımı bəlkə də məndən yaxşı tanıyır. Özünü tanımazlığa vuranlara isə bircə xatırlatmam olacaq, O, Azərbaycanın müstəqillik carçılarından biri və bəlkə də birincisi olan xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Bəli, bu dəfə "Azəri-Türk” Qadınlar Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresi sədrinin Türk Dünyası üzrə müşaviri Tənzilə xanım Rüstəmxanlı ilə iki xanım olaraq dərləşdik, söhbət etdik. Siyasətdən başlayıb ailədən, sevgidən davam edərək şeirlə bitirdik... 
- Tənzilə xanım, seçkilərindən yeni çıxdığımıza görə elə ilk öncə parlamentdən başlamaq istəyirəm. Bu dəfə beşillik müddətə seçilmiş parlamentdə Rüstəmxanlılar ailəsindən heç kim yoxdur. Mənə bir vətəndaş olaraq çox pis təsir edir ki, Azərbaycanın müstəqillik aktına imza atanlardan, "azadlıq” deyə car çəkənlərdən öncülü olan Sabir Rüstəmxanlı bu dəfə parlamentdə olmasın. Düzdür, Sabir bəy özü seçkiyə getmədi, amma Siz də orda ola bilərdiniz axı. Baş verənlər sizə necə təsir etdi? 
- Bilirsinizmi, mən seçkiylə bağlı önümə səd çəkiləndə, əngəl qoyulanda bir yazı yazdım və həmin yazıda açıqlama verdim. Əlbəttə ki, həmin ərəfədə çox üzüldüm, çünki bu umduğum, gözlədiyim bir hadisə deyildi. Mən Azərbaycan vətəndaşıyam, mən də seçkiyə qatıla bilərəm, buna haqqım var. Ən azından konstitusiyamızın verdiyi haqlar var, bu ölkənin ictimai - siyasi xadimiyəm. Azərbaycandan kənarda belə yetərincə tanınmış birisiyəm və indiyə qədər ölkəmdən şəxsim üçün heç bir şey istəməmişəm. Məqsədim ancaq və ancaq Azərbaycana xidmət etmək olub. Belə bir yanaşma mənə çox ağır gəldi. Hər yoldan ötən ipini qoparanı belə seçkiyə buraxdılar. Ancaq bilmədim ki, mən vətən xaini idimmi, Azərbaycana xəyanətmi etmişdim, nə baş vermişdi axı, uydurma, ağlasığmaz, parodiya olacaq bir bəhanələrə önümə əngəl qoyula. Buna çox qırıldım. Ancaq bu ölkəmdən qırılmaq demək deyil, mən yenə də işimdəyəm, öz yoluma davam edəcəyəm, bunların heç biri mənim Türk millətinə olan sevgimə xələl gətirə bilməz. Azərbaycanı Türk bildiyimçün ölkəmə xidmət edirəm, yoxsa ki, Azərbaycan özünü Türk bilmirsə ona xidmət etmərəm. Mən Azərbaycan Türkünə xidmət edirəm. Seçkidə bu dəfə də iştirakım olmaya bilərdi, bir dəfə də zatən Sabir bəyə görə seçkidən geri çəkilmişdim. Mən bu dəfə ölkəm adına utnadım ki, bizim seçkidə iştirakımız kimlərisə bu qədər narahat edir. 
Seçkidə mənə çox təsir edən məqamlardan biri də o oldu ki, Məzahir Pənahova acıdım. Mən onu bir alim kimi tanıyırdım və hörmət edirdim. Ancaq gördüm ki, insan özünü nə günlərə qoyarmış. İnsanlar var ki, oturduğu kürsüyə hörmət gətirir. Bəzi insanların şəxsiyyəti, oturuşu, duruşu özünə hörmət gətirir. Mərkəzi Seçki Komissiyasının sədrinə heç kim olduğu üçün yazığım gəldi. İnsan Özünə hörmət edər, mən indiyədək bu qədər boş adam görməmişdim. Sən mənim önümdə sədd çəkə bilərsən, çünki sənə tapşırırlar, sən də yerinə yetirisən və mən buna bir söz demirəm, amma özünü məsxərəyə qoymadan, parodiya etmədən, həqiqiətə az da olsa uyğun gələn tutarlarla çıxış edərdin. Yoxsa ki, Molla Nəsrəddinin lətifələrinə oxşayan bəhanələr uydurmazdın. Onu görəndə hər zaman salam verirdim, ancaq indi düşünürəm ki, elə adamlara salam vermək belə günahdır. Ona görə yox ki, o mənim namizədliyimi qeyd almadı, mən zatən bilirəm ki, o adam orda söz sahibi deyil. Sadəcə məni seçkiyə buraxmamaq üçün gətirdiyi səbəblər belə gülünc idi, onun gözündə Tünzalə Ağayeva görünür Cenifer Lopes imiş. Ölkəm adına utandım ki, görün ölkəmin seçki qurumunun başında kim oturub. Düşünürdüm ki, bir alim kimi ağlını işlədərək tutarlı bir bəhanə uyduracaq. Bütün bunların ardınca gedə bilərdim, buna gücüm də yetərdi, ancaq getmədim, bitirdim və elə oradaca nöqtə qoydum. Və onu da ölkəm adına etdim, çünki mən ölkəmi Avropalara şikayət edənlərdən deyiləm. Bunlar da elə mənim bu xarakterimi bildiklərindən belə etdilər. Zatən Azərbaycanın üstünə çox gəlirlər, seçkinin nəticələrini tanımırlar. Mən özümə bunu yaraşdırmadım, çünki Azərbaycanın yaxşı və ya pis hansısa qüsuru ilə bağlı dövlətimə qarşı heç bir məsələyə imza atmamışam və atmaram da. Nə olursa olsun!!! Eyb etməz, qoy elə biz zərər görək, biz bu ölkənin müstəqilliyi uğrunda çarpışanda Məzahir Pənahov kimilər hansı küncdəydilər heç bilmirəm. İnsanlar var ki, oturduğu stolun haqqını verir, deyir ki, bəli, siz məni bura qoymusunuz, seçmisiniz tamam, amma hardasa mənim də öz sözüm olmalıdır. O, isə bütün bunlardan məhrum olmuş birisidir. Mənimçün millət vəkili olub olmamağın heç bir fərqi yoxdur zatən. Yenə də işimdə, gücümdəyəm, tutduğum yoldayam. Millət vəkili olmasaq belə ölkəmizin əleyhinə çıxacaq, danışacaq kəslərdən də deyilik, vətənə, millətə xidmətdə davam deyənlərdənik. Ancaq bəzi məsələlər var ki, onlara daha başqa gözlə baxmağa başladım. Anladım ki, bəzi şeylər heç də göründüyü kimi deyil. Mənim başqa vətənim yoxdur ki, Azərbaycandır vətənim. Əgər başqa vətənim olsaydı gedib siyasi fəaliyyətimi orada davam etdirərdim. Düşündüm ki, elə vətənimdə də siyasətə atılmaq, parlamentdə təmsil olmaq haqqım var və o haqqımdan da istifadə etmək istədim. Bir var ki, seçkiyə qatılasan səsini saxtalaşdıralar, oğurlayalar, səni seçməyələr, o yarışı uduzasan, bu başqa məsələdir. Bir də var ki, səni ümumiyyətlə seçkiyə buraxmayalar. Bax, mənə ağır gələn bu oldu. Onlar bilirdilər ki, hansı dairədən olursa olsun səs toplayacağam, sələrimi saxtalaşdıra bilməyəcəklər. Bu ölkənin parlament seçkilərini nağıla, lağlağaya çevirmək olmaz. Xidmət etdiyim bir ölkənin parlament seçkilərində iştirak etmək mənim haqqım idi və o seçkiyə buraxılmamağım mənim ayıbım deyildi. 
- Tənzilə xanım, "xalqıma xidmətdə davam edəcəyəm” - deyərək kənara çəkilməyiniz zatən sizin böyüklüyünüzün göstəricisi kimi qəbul edildi... 
- Başqa cür də ola bilməzdi axı. Biz dövlətçi insanlarıq, bu dövləti quran ailənin üzvüyük. Sabir Rüstəmxanlı Azərbaycanın müstəqilliyində birbaşa iştirak edən, müstəqillik aktına imza atanlardan biridir. Mən özüm 1988-ci ilin meydan hərəkatının ən fəal üzvlərindən biri olmuşam. Başqaları deyilik ki, quyruğun basan kimi gedib ölkəsini dünyada rəzil etsin. Onu istəyirlərsə belə biz bunu etmərik. Bəzi qurumlar, bəzi insanlar var ki, bəlli məqamlarda oturub Azərbaycanı səmimi sevən, Azərbaycanın müstəqilliyini qazandıran kimsəni ölkədə görmək istmirlər. Istəyirlər ki, hərə bir tərəfə çıxıb getsin. Ancaq bizim gedəcək başqa vətənimiz yoxdur, bir vətənimiz var idi onu da ermənilər aldı əlimizdən, bəs burdan hara gedək?!
 
- Ürəyinizdə gizli və ya aşkar şəkildə olsa belə məyusluq duydunuzmu ki, kaş heç bu dəfə də namizdəliyinizi verməyəydiniz, elə bu dəfə də Sabir bəy gedərdi seçkiyə? 
- Yox. Çünki Sabir bəyin də önünə adam çıxartdılar axı. Heç Sabir bəyi gözlədilər ki, onun da yerinə başqa adamı göndərdilər. Sabir bəy abırı üstündə olan adamdır, gedib orada kiməsə uduzacaq kişi deyil Sabir Rüstəmxanlı. Sabir bəyin önünə adam çıxandan sonra elə mən seçkiyə getdim, yoxsa ki, Sabir bəy dura-dura seçkiyə getməzdim. Bu proseslər də keçib gedəcək, ilahi ədalət deyilən bir anlayış var. Çox böyük hadisələr baş verir indi Azərbaycanda və önəmli olan da budur. Mənim millət vəkili olub-olamamağım heç önəmli deyil. Bunlar mənimçün Sabir bəyin bir şeirində dediyi kimi "çibin vızıltısı” idi. 
 
- Tənzilə xanım, bu gün Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı ciddi proseslər gedir. Ancaq nədənsə bu məsələdə sizin mövqeyinizi eşitmədik. Halbuki, zamanında həmin nazirliyə ölkədə baş verən neqativ hallarla bağlı müraciətləriniz olmuşdu. Hələ 2005-ci ildə üstü indi açılan hadisələrlə bağlı nazir Eldar Mahmudova məktublar ünvanlamışdınız. İndi sumağınızda səbəb nədir? 
- Bəli, hazırda ölkədə MTN ətrafında çox ciddi məsələlər baş verir. Bütün mətbu orqanları qaldırıb baxın, görün hansısa mətbu orqanında o nazirliklə bağlı bir dənə də olsun yazıya rast gələ bilərsinizmi ki, oradakı qanunsuzluqlardan bəhs etsin. O nazir haqqında ümumiyyətlə mənfi söz tapa bilməzsiniz. Bir-iki yazıdan başqa və həmin yazılardan birini də mən yazmışdım. O vaxt "İdeal” qəzetinin baş redaktoru onların adamı idi, baş kəsirdi, reketçilik edirdi. Özü də o vaxt etriaf elədi ki, məni onlar qaldırdı sizin üstünüzə. Onunla mübarizə aparıb çətin olsa belə həbs elətdirə bildim. Həmin adam ölkədə nazir qalmamışdı ki, şantaj etməsin, məhkəmlər belə işi götürmək istəmirdilər ki, onsuz da onu buraxacaqlar. O nazirlikdə general var idi ki, həmin redaktor üçün hakimin kabinetinə gedərək, sən onu tuta bilməzsən deyirdi və həmin general indi də vəzifə başındadır. Axı bəzi adamlar buna cəsarət edib yazırdı, deyirdi. Amma heç kim dinləmirdi, ora nəzarət edən qurumlar başqa işlərlə məşğul idi. Görürsünüzmü bu mövzuda indi mən heç nə danışmıram. Türk mətbuatı belə mənə zəng vuraraq baş verənləri soruşurdu, ancaq heç nə danışmadım. Çünki yıxılana balta vuranlardan olmamışam, heç vaxt da olmayacağam. İndi də ona görə deyirəm ki, vaxtında onlara bu sözləri demişəm, yazmışam, müsahiblərimdə açıqlamışam, məktubla müraciət etmişəm, "sizin adınız hallanır bu məsələlərdə” - deyə bildirmişəm. Ona görə indi danışmağa hamıdan çox haqqım var, amma danışmadım. Gərək elə bütün bu proseslərə İlham Əliyev əl qoyardı?! Görmürdünüzmü indiyə qədər?! Azərbaycanda nazirliklər var ki, mətbuat onların üzərinə tankla, tüfənglə, topla gedir. Bəs nəyə görə MTN-nin üzərinə getmirdiniz?! Elə indi də bir neçə nazirliklər var, hansı ki, MTN-dən daha betər işlərlə məşğuldur, daha bərbad gündədir. Rəsmi reketçilik edən nazirliklər var, niyə getmirsiniz, niyə yazmırsınız?! İndi ən çox yazanlar, ən çox danışanlar da zamanında MTN-dən maliyyə alırdılar, indi hamıdan çox onların əleyhinə yazan bir sayt var. Adını belə çəkəndə ürəyim bulanır, çünki həmin adamlara vətən xaini kimi baxıram. Azərbaycana ciddi zərər vurublar, ermənilərin əlinə ciddi materiallar veriblər. Bir zamanlar MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər. Düşündüm ki, bu çirkabın içindən uzaq durmaq lazımdır. İnşaallah proseslər daha geniş vüsət alacaq. Baş verənlər hələ heç nədir, orada qoluna birbaşa qandal vurulub həbsə aparılacaq generallar, şöbə müdirləri, idarə rəisləri var. Ölkəmizdə PKK-nın yandaşları, bəzi radikal qurumlar meydan sulayanda hara baxırdı MTN? Niyə araşdırmadılar ki, son illərdə Azərbaycandan İŞİD-ə nə qədər adam qoşuldu, həmin adamların beyinlərini necə yuyub aparırlar öz sıralarına. MTN və ya başqa qurumlar bunlara baxmalı idi, Azərbaycanın iki-üç ziyalısını ləkələtdirməklə, işlərindən kənar məsələlərə məşğul olanda ölkənin təhlükəsizliyi təhlükəyə girir. Dövlətin təhlükəsizliyindən cavabdeh olan bir qurum bu vəziyyətdəmi olmalıdır?! Gərək İlham Əliyev görəydi ondan sonra əl-ayağa düşəydilər?! Axı bu işləri görəcək adamlar var ölkədə, onlar niyə baxmırdılar?! Biz vaxtında demişik bütün bunları. Azərbaycanda Gülən hərəkatının şəbəkələşməsi ilə bağlı ilk danışan, ilk konfranslar keçirən adamam. Ona görə Türkiyə qəzetləri məni "ergenekonçu” deyərək manşetə çıxartdılar. Elə indi də gülənçilər ən ciddi qurumların başında oturublar və bunlar bu dəqiqə də göz boyayırlar ki, güya dəyişdilər, geri çəkildilər. Bunu o vaxtdan bəri deyə-deyə gəlirik. 2005-ci ildə də elə məhz onunla bağlı MTN-ə yazmışdım ki, cənab nazir, Azərbaycanda bu təşkilat ciddi şəkildə formalaşır və qarşısını almaq lazımdır. Bu dəqiqə də onlar ən təhlükəli olanlardır. Türkiyədə indi də "Xəzər” strateji mərkəzi fəaliyyət göstərir və onu bizim SOCAR maliyyələşdirir. Azərbaycanın nə qədər pulları axıdılır ora. İndi mən SOCAR - a bir rəsmi məktub yazsam ki, Azərbaycanla bağlı ciddi bir tədbir təşkil etmək istəyirəm, bir qəpik belə ayırmazlar. Çünki ancaq elə təşkilatlara maliyyə ayırırlar, dəstək durular, bir dəstədirlər, bərabər fəaliyyət göstərirlər. Azərbaycandakı bəzi qurumlar indi də ciddi təhlükədir. Biz bunu dövlətimizi sevdiyimizçün deyirik, gerisini özləri bilərlər. 

 






Fikirlər