İRƏVAN BAKIYA “SÜLH MƏTNİ” GÖNDƏRMƏYƏ HAZIRLAŞIR – "Bakı bu mətni rədd edəcək...”

Ermənistanın Azərbaycana təqdim edəcəyi sülh müqaviləsinin mətninə Qarabağla bağlı da bənd salıb.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mediasına müsahibəsində bildirib.

O, əlavə edib ki, bu sənədin yekun sənəd olmadığını nəzərə almaq lazımdır. 

"Danışıqlar aparılır. Mən başa düşürəm ki, cəmiyyət, jurnalistlər bu məsələdə konkretlik gözləyirlər. Mən isə gözləyirəm ki, bizi də müəyyən mənada başa düşsünlər. Başa düşsünlər ki, bu danışıq prosesidir. Danışıqlarda belə yanaşma var: Əgər hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb”, - o əlavə edib.

 

 

Qriqoryan yenə Azərbaycanın daxili işinə "burnunu soxaraq" bildirib ki, Ermənistan Xankəndi və Bakı arasında şəffaf beynəlxalq mexanizm çərçivəsində müzakirələrin aparılmasını arzulayır

Qriqoryan etiraf edib ki, Bakı bu ideyanı indiyədək rədd edib. Bununla belə Paşinyan hökuməti öz erməni xislətindən əl çəkməyərək, məsləni gündəmdə saxlamağa cəhd edir. “Bu məsələdə dəqiqlik yoxdur. Bu hələ müzakirə predmetidir. Biz buna aydınlıq gətirmək üçün müzakirəni davam etdirməliyik...”

Qriqoryan “Azadlıq” radiosunun “Erməni tərəfi üçün Qarabağ məsələsinin hansısa bir şəkildə sülh müqaviləsinə salınması prinsipial məsələdirmi” sualına cavab olaraq yenə təkrar edib  ki, erməni tərəfi Xankəndi və Bakının çərçivəsində təhlükəsizlik və hüququ müzakirə edəcəkləri şəffaf mexanizmin yaradılmasını istəyir.

 

 

Politoloq Elxan Şahinoğlu isə “AzPolitika.info”ya şərhində bildirib ki, erməni tərəfi tezliklə sülh müqaviləsinin mətnini Azərbaycana təqdim edəcək.

“Görünür, İrəvan ötən ilin mart ayında olduğu kimi, rəsmi Bakının göndərdiyi təkliflərə elə bəndlər əlavə edəcək ki, sülh sazişinin mətnini razılaşdırmaq yenə mümkün olmayacaq. Məsələn, Qriqoryan İrəvanın təkliflərində Qarabağla bağlı maddələrin olduğunu bildirib. Elə bu “bəndin” əlavə edilməsi kifayətdir ki, mətni bəri başdan rədd edəsən”, - təhlilçi əlavə edib.

 

 






Fikirlər