Vidadi Zeynalovun özünə və nazirə tikdirdiyi 4 möhtəşəm villa – FOTOLAR

 

96Rabitə Nazirliyinin bir neçə gün öncə həbs olunan Aparat rəhbəri Vidadi Zeynalovun və nazirliyin digər əməkdaşlarının digər cinayətlərlə yanaşı, korrupsiyada təqsirləndirildiyinə dair rəsmi məlumat açıqlandı. Prokurorluğun rəsmi məlumatında onların 95 milyon manat dövlət vəsaitini mənimsədiyi bildirilib.

Əməkdaşlarımız rəsmi maaşı 1500 manat civarında olan Vidadi Zeynalovun 3 yanaşı villasının, onun qarşısında isə iki gün öncə işdən çıxarılan və istintaqa cəlb edilən nazir Əli Abbasova inşa etdirdiyi, son tamamlama işləri aparılan möhtəşəm sarayın yerini müəyyən ediblər.

Şəhərin ən bahalı yerində – Məmməd Araz küçəsindəki (Keçmiş Teymur Əliyev) milyonerlər məhəlləsi kimi tanınan ərazidə  tikilən bu villalar kamera nəzarəti altındadır. Qonşuluqda yaşayan insanlar bildirir ki, Vidadi Zeynalovun ailəsi uzun illər burada yaşayır: “Öz mülklərinin qarşısında isə böyük imarət tikilir, onu da naziri Əli Abbasova inşa etdirirdi. Bir neçə dəfə Əli Abbasov özü gəlib görülən işlərlə tanış olmuşdu. Çoxmərtəbəli binaya oxşayan həmin mülkün 15-20 milyon qiyməti var. Ərazidə bir-iki köhnə yerli adam yaşayırdı, onları da buradan didərgin salıb həmin yerdə digər villalar da tikmək istəyirdi. Dəfələrlə narazılıq da olmuşdu burada. Amma heç kim səsini çıxarmırdı. Vidadi Zeynalov özünü Eldar Mahmudovun ən yaxın adamı kimi təqdim edirdi”.
Sakinlər bildirir ki. məlum həbslərdən sonra Əli Abbasov üçün tikilən sarayda inşa işləri dayandırılıb. Biz orada olarkən də heç bir iş getmirdi.

Həmin villaların fotlarını təqdim edirik. Yanaşı olan villalar Vidadi Zeynalovundur, inşası tamamlanmaq üzrə olan imarət isə Əli Abbasov üçün tikilib. (Musavat.com)






Fikirlər