Eldar Mahmudovun qohumu kimləri qorxu altında saxlayıb? - Rabitədən ilginc faktlar

 

"MTN işiylə bağlı həbs edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynovla nazirliyin saxlanılan aparat rəhbəri Vidadi Zeynalovun münasibətləri deyilənlər qədər yaxın olmayıb. Ümumiyyətlə, Beytulla Hüseynov yaxın qohumu Eldar Mahmudova arxayın olduğundan nazirliklə bir çıx məsələlərdə hesablaşmayıb. Hətta o, nazirlik sistemində tək-tük fiqurlardan olub ki, birbaşa nazirin tapşırıqlarına məhəl qoymayıb".
 
Bu sözləri  rabitədəki önəmli şəxslərdən biri deyib. Onun sözlərinə görə, Vidadi Zeynalov nazirlikdə "qara" qutu olduğu kimi, B.Hüseynov da Bakı rabitəsinin üzərində eyni funksiyanı daşıyıb: 
 
"Beytulla Hüseynov Bakıdakı telefon qovşaqlarının rəislərini tam əsarətdə saxlayıb. Hətta bu gün o yüksəltdiyi, var-dövlət sahibi elədiyi Fətulla Seyidova da bir ara töhmət verib, gözünün odunu aldı. Çünki qovşaq rəisi ona bir neçə məsələdə kələk gəlmişdi. Xəzərin telefon qovşağının rəisi Cavid  nazir Səlim Müslümovun qohumu olsa da, Beytulla Hüseynovun danlağından, töhmətindən yaxa qurtara bilmirdi. Yasamalın hazırkı qovşaq rəisi Mirbaba Babayevin günü isə gün olmayıb. Beytulla Hüseynov onu elə günə qoymuşdu ki, Mirbaba Babayev gününü xəstəxanalardan saxta bülleten almaqla uzadırdı. Axı, Əmək Məcəlləsinə görə xəstəni işdən çıxarmaq olmazdı. Yəni Mirbaba Babayev də Beytullanın qəzəbindən belə sığırtalanırdı...
 Bunları ona görə xatırladıb, sizə dəqiq deyə bilərəm ki, Beytulla Hüseynov kritik məqamlarda Vidadi Zeynalovun özünü belə, umumiyyətlə, saymayıb. O, nəninki aparat rəhbərini, o cümlədən nazir müavinləri də qəbul etməyib. Məsələn, İltimas Məmmədov Beytulla Hüseynova heç vaxt söz keçirə bilməyib. Ancaq aşağı qurumun rəhbəri, BTRİB-in baş direktorunun bir zəngi nazir müavini İltimas Məmmədovu həmişə qorxuya salıb. Bu barədə təfərrütlı danışmaq istəmirəm. Ancaq bu yazını İltimas Məmmədov və ya onun köməkçisi oxuyanda, düşdükləri vəziyyətdən yəqin ki, utanacaqlar...".   
  (Azertaym.az)
 






Fikirlər