PREZİDENTİ DİNLƏYƏN MƏMUR KİMDİR? – Beytulla Hüseynovla bağlı ŞOK məlumatlar

 

Eldar-Beytulla

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra saxlanılan və bu gün işdən çıxarıldığı rəsmən elan olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov Eldar Mahmudovun bibisi qızının həyat yoldaşıdır.

AzPolitika.info dəqiqləşdirib ki, Beytulla Hüseynov dünən axşam saatlarında prokurorluq əməkdaşları tərəfindən həbs olunub, bu gün isə işdən çıxarılması barədə əmr verilib. Hazırda BTRİB-də istintaq hərəkətləri aparılır.

Məlumatlı mənbə bildirib ki, Beytulla Hüseynovun bir qardaşı Ramiz Hüseynov MTN-in Bilgəhdəki sanatoriyasının direktoru, digər qardaşı Xeyrulla Hüseynli Xətai Rayon İcra Hakimiyyəti Başçısının müavinidir. Hər üç qardaş Eldar Mahmudovun himayəsi altında bu vəzifələrə təyin olunublar.

Ehtimala görə, Eldar Mahmudov Prezident və onun ailə üzvlərinin telefon danışıqlarının dinlənilməsində Beytulla Hüseynovun da yardımından istifadə edib.

Uzun illər Eldar Mahmudovun himayəsi altında olan B.Hüseynovun cəzasızlıq mühitindən istifadə edərək sözün əsl mənasında oliqarxa çevrildiyi bildirilir.

Onun Bakıda milyonluq obyektləri, özəl internet şirkəti (Bacısı oğlu Azər İbrahimov rəhbərlik edir), Türkiyədə Sədərək Gömrüyünü keçmiş müdiri Səfər Əliyevlə şərikli biznesi, o cümlədən Antalyada otel və tikinti biznesi olduğu deyilir.

Biznes şəriki Səfər Əliyevin oğlu Ceyhun Əliyev hazırda MTN Astara rayon şöbəsinin rəisidir.

Beytulla Hüseynovun qızının həyat yoldaşı da MTN əməkdaşıdır, xaricdəki diplomatik nümayəndəliklərdən birində çalışır.

Mənbə bildirir ki, Beytulla Hüseynov BTRİB-in tikinti-təchizat idarəsinə nəzarəti bacısın həyat yoldaşı Ceyhun və kirvəsi, Sədərək gömrüyünün keçmiş əməkdaşı Bayrama verməklə, onların vasitəsilə dövlətin milyonlarla vəsaitini talayıb.

Eldar Mahmudovun digər bibisi qızının qaynı Hafiz Musayev Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsi rəisinin müavini vəzifəsini tutur. 2007-ci ildə 37 yaşında general-mayor rütbəsi alıb. MTN-in tarixində bu yaşda general rütbəsi alan olmayıb…

Ölkənin Milli Təhlükəsizlik Nazirliyində ötən şənbə həyata keçirilən əməliyyatın əks-sədası davam edir…

AzPolitika.info






Fikirlər