Lavrov, Patruşev, Şoyqu və Priqojin əks-hücuma hazırlaşırlar.... - VİDEO

Lavrov, Patruşev, Şoyqu və Priqojin əks-hücuma hazırlaşırlar....-VİDEO

Bu məqamda gözlənilmədən yer yarılır və prezident Vladimir Putin oradan çıxaraq qəzəblə soruşur:...
 
Rusiya xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev,  müdafiə naziri Sergey Şoyqu və “Vaqner”in rəhbəri Yevgeni Priqojin hər tərəfi bombalanraq xarabalığa dönmüş bir məkanda yer qazmaqla əks-hücuma hazırlaşırlar. 
 
Moderator.az  hər bazar  İsrailin “9-cu kanal”ında nümayiş etdirilən məşhur “Qoruq”  adlı siyasi satirik mult-serialın  3:25 dəqiqəsində başlayan epizodunun tərcüməsini təqdim edir.
 
Yer qazmaqdan bezən Şoyqu şikayətlənir: “Bu, nə 70 arşınlıq səngərdir e, qazırıq, nəyimizə lazımdır?”. Patruşev isə cavab verir ki, bu, səngər deyil, xəndəkdir. Lavrov da tamamlayır: “Yeni dünya düzəninin bünövrəsi üçün...” “Eh, heç olmasa, bircə gözümüzlə də görməli olsa, bu yeni dünya düzəninə qədər yaşaya bilsəydik. Bilərdik ki, nəyə görə belimizi qırırıq ”,- deyə Priqojin ah çəkir. Patruşev isə özünü məlumatlı göstərməyə çalışaraq belə deyir: “Dəqiq plan başçının beynindədir. O, həmin planı heç kəsə, hətta həkimlərinə də göstərmir”.  “Amma əsas şey məlumdur; biz beton və şüşədən ibarət  dünya düzəninin mərkəzindəyik, Amerika isə tarixin zibilliyindədir” -deyə Lavrov hamıdan “ağıllı” olduğunu göstərir.
 
Bu məqamda gözlənilmədən yer yarılır və prezident Vladimir Putin oradan çıxaraq qəzəblə soruşur: “Nədi, az qala, qazıb mənim yanıma çıxmısız?! Tapşırdığım hər şeyi etmisizmi?” “Demək olar ki, bəli. Bizim ucu-bucağı görünməyən vətənimizin bütün perimetri boyu xəndək hazırdır”-deyə Patruşev dərhal məruzə edir. Şoyqu isə “Hər tərəfdən əks-hücuma keçməyə hazırlaşırdıq” -deyə ayağını yerə vurub hərbçi kimi məruzə etmək istəyəndə qazılmış xəndək hər tərəfdən çökməyə başlayır və Rusiya rəhbərləri fəzada üzən hər tərəfi boşluq olan yastı bir məkanın üzərində qalırlar. 
 
“Bax, yeni dünya düzəni budur! Nə düşmənlər, nə də dostlar var! Biz bu dünyada təkik!”-deyə Putin sevinclə bəyan edir. Şoyqu isə ətrafa baxıb heyrətlənir: “Oho, sən demə Yer paqon kimi yastı imiş!”  “Bəli, mən bilirdim ki, Yer yastıdır. Axı mənə hər gün qovluqda aero-kosmik çəkilişləri gətirirlər”- deyə Putin cavab verir.

 

Sultan Laçın

 






Fikirlər