Rusiya Finlandiya ilə müharibənin bir addımlığında - Kremldən HƏDƏ...

Ukrayna ilə müharibənin gedişində Rusiyaya qarşı digər cəbhələrin açılacağına dair rəylər, iddialar, deyəsən, gerçəkləşməkdədir. Bir neçə aydır ki, Rusiyanın Polşa, Finlandiya ilə də savaşa başlaya biləcəyinə dair fikirlər ortadadır.

Xüsusilə Finlandiyanın rəsmən NATO-nun üzvü olmasından sonra Kremlin hərəkətə keçəcəyi deyilirdi. Artıq bu prosesin başlaması ehtimalları artır. Və bir növ Rusiya Finlandiya ilə savaşa başlamağa bəhanə axtarırmış kimi görünür.

“Rusiya Federasiyasında bəzi Şərqi Avropa ölkələrinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarını pozması barədə məlumatlar var”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 “Rusiya Federasiyası ABŞ ordusunun Finlandiyaya yerləşdirilməsinə cavab vermək üçün bir yol tapacaq, Moskvanı qorxutmaq alınmayacaq. Moskva sanksiyalar məsələsini müzakirə etməyəcək”, - o əlavə edib.

Bəllidir ki, Rusiyanın “kitabında” cavab vermək anlayışı mütləq bir hərbi müdaxilədir. Xüsusilə söhbət ABŞ ordusunun Finlandiyada yerləşdirilməsinə cavabdan gedirsə, burada savaş qaçılmaz ola bilər. Moskvanın Ukraynaya hücumunun səbəbi də məhz NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsi planı ilə bağlıdır... 

Hətta bəzi ekspertlər Rusiyanın Finlandiyaya hava hücumu edəcəyinin an məsələsi olduğunu da deyirlər...

Rusiya-Finlandiya savaşı olarsa, bunun nəticələri nə olar? Rusiyaya qarşı NATO qüvvələri açıq döyüşə başlaya bilərmi?

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifovun bu barədə fikirləri diqqət çəkir. O, finlərin ruslara nifrət etdiklərini söylədi: “Uzun müddət Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb çalışmışam. Orada olduğum müddətdə bir neçə dəfə Finlandiyaya səfər etmişəm. Bəlkədə dünyada ikinci belə xalq tapa bilməzsiniz ki, ruslara bu qədər nifrət etsinlər. Bunun bəlli tarixi səbəbləri var. Ruslar harada olublarsa, orada torpaq işğalı baş verib. Bu, dünən də belə idi, bu gün də belədir.

1808-1809-cu illərdə Rus-İsveç müharibəsi nəticəsində İsveçə məxsus olan Finlandiya Rusiya İmperiyasının əyalətinə çevrilmişdi. 1809-cu ildə Rusiyanın əyalətinə çevrilən Finlandiya - çox qeyri-adi və şübhəsiz ki, ən azad, sonradan öz valyutası və öz parlamenti olmaqla Rusiyanın digər əyalətlərindən fərqlənirdi. 1917-ci ilə qədər Finlandiya Rusiya ilə mütamadi gərginləşən münasibətlər şəraitində oldu və yalnız 1917-ci ilin dekabrında müstəqilliyini elan edərək Rusiyanın tərkibindən ayrıldı.

Lakin bununla Rusiya əlini Finlandiyanın yaxasından çəkmədi. 1939-cu il noyabrın 30-da Sovetlər İttifaqı (Rusiya) Finlandiyaya müharibə elan etdi və bu müharibə 1940-cı il mart ayının 12-dək davam etdi və yalnız 1940-cı il martın əvvəllərində aparılan danışıqlar nəticəsində Finlandiyadan əhəmiyyətli ərazi “güzəştləri” alındıqdan sonra hərbi əməliyyatlar dayandırıldı. Finlərin ruslara nifrətinin kökündə qısaca olaraq sadaladığım bu tarixi faktlar dayanır.

Bu gün Finlandiya artıq NATO-nun üzvü olan bir dövlətdir. Rusiya isə Ukrayna müharibəsində aldığı dərslərdən “oqoniya” durumundadır. Onlar indi istənilən ağılasığmaz addımlar ata bilərlər. Lakin bir məsələ gerçəkdir ki, Finlandiyaya hər hansı bir formada hərbi müdaxilə NATO-ya qarşı hərbi müdaxilə kimi dəyərləndiriləcək və bu müharibə Rusiya-Finlandiya müharibəsi deyil, Rusiya-NATO müharibəsi olacaq. Rusların ağıllarını bu qədər itirdikləri nə qədər inandırıcı görünməsə də, onların sakit dayanacaqları da inandırıcı deyil. Qarşıdakı günlərdə biz bəlkə də Rusiya tərəfdən heç kimin ağlına sığışmayan addımların atıldığını görəcəyik və bunun qarşısını heç kim ala bilməz. Çünki Rusiya artıq nə etdiyinin fərqində deyil".

Rusiyanın Azərbaycana böyük ehtiyacı var"

Rəhim Əhmədzadə: “Hər iki tərəfin müharibədən çəkinmək üçün bir çox səbəbi var”

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə burada hər iki tərəfin müharibəyə getməmək üçün ciddi səbəblərinin olduğunu düşünür: “Əslində sual buradan başlayır ki, Rusiya və Qərb arasında mövcud olan bu gərginlik necə və nə zaman bitəcək? Bu suallara həm Qərb, həm də Rusiya cavab tapdıqdan sonra mövcud və potensial qarşıdurma ocaqlarının taleyi müsbətə doğru dəyişəcək. Bir sözlə, Rusiyanın Ukrayna və Suriyada apardığı siyasətlər Qərb ölkələri ilə münasibətlərində ciddi bir gərilməyə səbəb olub. Ukraynaya olan hərbi müdaxiləsi, Krımın ilhaqı və Şərqi Ukraynadakı separatçı qrupların dəstəklənməsi Qərb ölkələri ilə Rusiya arasında tarixi bir krizə səbəb olub. Bu gərgin atmosfer onu deməyə əsas verir ki, Rusiyanın Finlandiyaya fiziki müdaxilə etmək ehtimalı artır. Lakin Finlandiya artıq NATO üzvüdür. Rusiya müharibəyə başlarsa, NATO ölkələrinin Finlandiyaya dəstək verə biləcəyini də hesablamamış deyil. Rusiyanın Finlandiyaya hava hücumu edəcəyi iddiaları ilə bağlı ekspertlərin müxtəlif yanaşmaları mövcuddur. Biz isə bu gün bunun olacağı təqdirdə nələrin ola biləcəyi ehtimalı üzərində danışırıq. İlk öncə onu bildirim ki, belə bir hadisənin nəticələri ciddi və genişmiqyaslı olar. Düşünürəm ki, əgər belə bir müdaxilə baş verərsə, bu müharibədə son dövrlərin ən yeni və təhlükəli silahları sınaqdan keçiriləcək. Rusiya-Finlandiya savaşı beşinci nəsil savaş təlimatları, digər döyüş texnologiyaları və silahlarının istifadəsi ilə birlikdə aparıla bilər. Bu cür bir savaşın nəticələri qətiyyən proqnoz edilməzdir. Rusiya tərəfindən bir NATO üzvü olan Finlandiyaya qarşı hücum baş verdiyində, müxtəlif hərbi müdafiə və diplomatiya tədbirləri həyata keçirə bilər. NATO hərbi əməliyyatlar üçün planlar və strategiyalar hazırlayır, lakin belə bir hal olacağı təqdirdə NATO üzvü ölkələrinin döyüşə başlamaq haqqında nə qərar verəcəkləri hər bir ölkənin özü tərəfindən qərarlaşdırılacaq bir məsələdir. NATO üzvü olan ölkələr arasında mütəmadi şəkildə müşahidə və müdafiə təşkilatı olduğu üçün Rusiya-Finlandiya savaşı halında NATO-nun müxtəlif dəstək və qarşı tədbirlərini gözləmək olar. Rusiyaya qarşı NATO qüvvələrinin açıq döyüşə başlamaq haqqında qərar verməsi də kompleks bir məsələdir. NATO-nun hərbi planlarının və strategiyalarının nəticələri ilə bağlı olaraq, NATO üzvü ölkələr bu cür münaqişədə hərbi əməliyyatlara başlamaq və ya başlamamaq haqqında müəyyən qərarlar verəcək. Dediyim kimi, Rusiya-Finlandiya savaşı olarsa, nəticələr çox ciddi və genişmiqyaslı olacaq. Bununla bağlı bəzi nəticələri aşağıda sıralaya bilərik:

İnsan hüquqları və humanitar vəziyyət: Savaş zamanı sivillərin və müharibə qurbanlarının sayı artacaq. Humanitar krizlər, mülki şəraitin pisləşməsi və s.

İqtisadi təsirlər: Savaş, iqtisadi sistemi və sənayenin ziyan görməsinə səbəb olacaq. Enerji tədarükü, ticarət, yatırımlar və maliyyə sektorunda böyük qərəzlər yaşanacaq. Bu, həm Rusiya, həm də Finlandiya üçün ciddi iqtisadi problemlərlə nəticələnəcək.

Bölgədəki siyasi qüvvələrin dəyişməsi: Savaşın nəticəsi ilə bölgədəki siyasi güclər dəyişə bilər. Bu, bölgədəki dəngələri dəyişdirərək siyasi təhlükəsizlik və istiqrar üçün yeni sərmayələrin formalaşmasına səbəb olacaq. Bu da ümumilikdə çox təhlükəlidir və dağıdıcı nəticələrə səbəb ola bilər. Rusiyanın hərbi gücü və nüvə silahları, Qərbi güclərin müdaxiləsini çətinləşdirə bilər. Buna baxmayaraq, hər iki tərəfin də gərginlikdən çəkinmək üçün bir çox səbəbi var. Finlandiya Rusiya ilə önəmli iqtisadi və ticarət əlaqələrinə malikdir və hər iki tərəf bu əlaqələrin davam etməsini istəyir. Əlavə olaraq, Rusiyanın hərbi müdaxiləsi Qərbi ölkələr tərəfindən sanksiyalarla qarşılana və Rusiya iqtisadiyyatına ciddi ziyanlar vura bilər. Nəticə olaraq, Rusiya və Finlandiya arasında bir müharibə ehtimalı yüksək olsa da, hər iki tərəfin də müharibədən çəkinmək üçün bir çox səbəbi var. Beynəlxalq cəmiyyət, iki tərəf arasındakı gərginliyi azaltmaq və dialoq kanallarını açıq saxlamaq üçün səylər göstərməlidir".

Alp Arslan İmamqulu Archives » BAYRAQDAR MEDİA

Alp Arslan İmamqulu: “Müharibə sahəsi Almaniya, Fransa və İngiltərə kimi dövlətlərin ərazilərinə də sıçraya bilər”

Hərbi ekspert Alp Arslan İmamqulu Avropada iri güclərin bu müharibədə maraqlı olmadığı qənaətindədir: “Rusiyanın yeni cəbhələr açmaqda və müharibə sahəsini genişləndirməkdə maraqlı olması inandırıcı deyil. Amma Qərb dövlətləri burada maraqlı ola bilərmi? Qismən maraqlı ola bilər. Çünki burada bəhs olunan bir sıra dövlətlər var ki, istər Finlandiya, istərsə də Polşa olsun, bunlar Avropanın əsas dövlətlərindən olmasa da, Avropada gedən proseslərə, iqtisadi məsələlərə təsir göstərə biləcək dövlətlərdir. Bu baxımdan, Almaniya və Fransa kimi dövlətlərin də bir sıra digər Avropa dövlətlərinin yenidən münaqişəyə cəlb olunmasını istəyəcəklərini düşünmürəm. Çünki gələcəkdə belə bir hal baş verərsə, artıq döyüşlər, müharibə sahəsi hətta Almaniya, Fransa və İngiltərə kimi dövlətlərin ərazilərinə də sıçraya bilər. Bu da çox ciddi təhlükə və təhdiddir”.  “Yeni Müsavat”

 

 






Fikirlər