Avropada NATO-Rusiya müharibəsi: İLK SİQNAL verildi
“Baltik dənizində NATO ilə Rusiya arasında müharibə başlaya bilər”. Publika.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Mixael Bayden deyib. Onun sözlərinə görə, bölgədə NATO və Rusiya hərbi gücünü artırmaq istiqamətində sürətli addımlar atmaqdadır: “Buna görə də bölgədə NATO-Rusiya müharibəsi gözləniləndir. Bu, bölgə ölkələri ilə yanaşı, İsveçə də təsir edəcək. Müharibə Rusiyanın təşviqedici addımlarına görə başlaya bilər. Son dövrlər Baltik dənizi üzərində uçuşlar edən Rusiya təyyarələri İsveçə qarşı təhlükəli manevrlər edirlər. Bunu qəbul etmək çətindir. Niyə belə etdiklərini də anlaya bilmirik”. Bayden qeyd edib ki, bölgədə yaranmış müharibə qorxusu İsveçin məcburi əsgərlik sistemini yenidən geri qaytarmasına səbəb ola bilər.