MÜHARİBƏNİN YEDDİ METRLİYİNDƏ – NATO-da müharibə həyəcanı

MÜHARİBƏNİN YEDDİ METRLİYİNDƏ – NATO-da müharibə həyəcanıYüksək rütbəli eston zabitinin söylədiyinə görə, 7 aprel 2015-ci il tarixində Rusiyanın “SU-27” qırıcı təyyarəsi Baltik dənizi üzərindəki ABŞ təyyarəsinin, təxminən yeddi metrliyinə qədər yaxınlaşaraq, toqquşmadan möcüzə nəticəsində qurtula bilib. Sözsüz ki, belə təhlükəli və təhrikedici manevr NATO-nun cavab zərbəsi endirməsi ilə nəticələnə bilərdi. Əgər cavab zərbəsi gerçəkləşsəydi, onda çox böyük ehtimalla bu, Moskva üçün NATO təyyarələrinin də bazalaşdığı 1,2 milyon nəfərlik əhalisi olan kiçik Estoniyaya soxulmaq üçün bəhanə olacaqdı. ”(“The New York Review of Books”)

2014 –cü ilin martında Rusiya Krımı ilhaq etdikdən sonra, Avropanın təhlükəsizlik məsələləri ilə məşğul olan qeyri hökumət araşdırma mərkəzi olan “European Leadership Network” təşkilatı (ELN), Rusiya qırıcıları ilə Qərb ölkələri təyyarələri arasında xeyli sayda çox təhlükəli səviyyələrə çatan yaxınlaşmaları qeydə alıb. Baş verən hadisələrin əksəriyyəti isə Baltik dənizi üzərində olub. Bu cür xoşagəlməz insidentlər Avropanın bir çox ərazilərində, ABŞ və Kanada sahillərində də yaşanıb. Keçən ay Estoniyanın paytaxtı Tallində təşkil olunan təhlükəsizlik problemləri üzrə illik konfransda iştirak edən NATO –nun rəsmi nümayəndələri açıq şəkildə bildiriblər ki, prezident Putin onlara meydan oxumaq məqsədi ilə Rusiya təyyyarələrini praktik olaraq hər gün NATO hava sahəsini pozmağa yönəldir. Konfransda çıxış edən NATO məmurlarından biri bildirib ki, Baltik ölkələrinin hava sahəsinə soxulan bəzi rus pilotları, onların təyyarələri önündə ağlasığmaz manevrlər etməklə özlərini kamikadzelər kimi aparırlar.

“European Leadership Network”un məlumatına görə, 2014-cü ilin martından indiyədək, Latviya 150 dəfə Rusiya təyyarələrinin onların hava sahəsinə yaxınlaşmasını qeydə alıb. Həmçinin Estoniya tərəfinin məlumatına görə, Rusiya aviasiyası dəfələrlə onların da hava sahəsini pozub. Bu üç baltik ölkəsinin ümumi əhalisi cəmi altı miyon nəfərdir. Sovet respublikaları içərisində adam başına düşən gəlirə görə, bu respublikalardakı həyat səviyyəsi ən yüksəkdir və 27 min dollara çatır. Digər yandan isə bu respublikalar Avropa Birliyinə və avro valyuta zonasına daxil olublar. Bu ölkələr şəffaf və demokratik respublika nümunələridir. Baltik respublikaları internetdən istifadə səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələri ilə eyni sıradadırlar.

Lakin bunlara baxmayaraq, Baltik ölkələrindəki hazırkı əhval-ruhiyyə olduqca tutqun görünür. Tallin konfransında Baltik ölkələrinin prezidentləri və eləcə də NATO nümayəndələri heç zaman olmadığı kimi Şərqi Avropada əhəmiyyətli şəkildə zəifləyən təhlükəsizlik arxitekturası barəsində fikir yürüdüblər. Onlar çıxışlarında İkinci Dünya Müharibəsindən sonra Rusiyanın nə qədər ciddi bir təhlükəyə çevrildiyini xüsusi vurğulayıblar. Həm də Ukraynadakı münaqişə və Krımın ilhaqına görə Baltik ölkələri artan düşmənçilik və qarşıdurmalar üzündən, indi ön cəbhədə dayanmış vəziyyətdədir. Bu gərginlik fonunda təyyarələrin hər an toqquşa biləcəyi və bunun nəticəsində də müharibənin başlayacağı həqiqətə oxşayır.

MÜHARİBƏNİN YEDDİ METRLİYİNDƏ – NATO-da müharibə həyəcanıKonfransda Rusiyanın nüvə silahı məsələsi də gündəmdə olub. Məlumdur ki, son illər Rusiyanın hərbi büdcəsi demək olar ki, təxminən 50% artıb. Hərbi büdcənin böyük bir hissəsi isə nüvə potensialının güclənməsinə yönəldilib. Prezident Vladimir Putin isə açıq şəkildə bildirib ki, onlar Krımın müdafiə olunması yolunda adi silahlarla yanaşı, nüvə arsenalından da istifadə etməyə hazırdırlar. Hazırda vəziyyət elə həddə gəlib çatıb ki, artıq Rusiya televiziyalarında da nüvə silahından necə istifadə edilməsi barəsində tez-tez söhbət salınır. Hətta Rusiyada keçirilən rəy sorğusu nəticəsində, rəyi soruşulan gənclərin 40% -i nüvə müharibəsi zamanı onların ölkəsinin ABŞ və Avropaya qalib gələcəyinə inandıqlarını söyləyiblər.

Konfransda iştirak edən NATO baş katibinin müavini Aleksandr Veşbou deyib ki, alyans Rusiyanın nüvə təhdidinə tamamilə ciddi yanaşır. Öz növbəsində NATO əks-zərbə vurulması planları və həmçinin də Rusiyanın taktiki nüvə bombalarından istifadə etməsinin öncədən qarşısının alınması məqsədi ilə lazımı həmlələr haqqında düşünür. Moskva yaxın məsafələrə – Şərqi Avropa ölkələrinə və Qərb ordularının tank diviziyalarına qarşı taktiki nüvə silahından istifadə etmək barəsində qərara gələ bilər. Həmin məsələ ətrafında Aleksandr Verşbou o qədər kəskin danışıb ki, BBC-nin müxbiri dəfələrlə ondan bu mövqenin rəsmi olub-olmadığını soruşub.

Ancaq indiki vəziyyətdə ən böyük təhlükə Rusiyanın reaktiv qırıcı təyyarələrindən gələ bilər. Hələlik rusların gündəlik təxribatlarına qarşı NATO-nun əks təsir strategiyasının mövcudluğu tam olaraq bəlli deyil. Ümumiyyətlə isə, alyans gücləri havaya qırıcı təyyarələr qaldırmaqla, Rusiya aviasiyasının təxribatçı reydlərinin qarşısını almağa müvəffəq ola bilir. NATO belə operativ hərəkətlərlə, Baltik ölkələrinin hava sahəsini müntəzəm qoruyacağı barəsində Rusiya tərəfə açıq siqnal göndərir. Beləki, 2014-cü ildə NATO aviasiyası onların hava sahəsini pozmağa cəhd göstərən rus təyyarələrini dəfələrlə yaxalayıb. Təkcə Latviya sahillərində yetmişdən artıq bu cür vəziyyət yaranıb. Bu və digər vəziyyətlərə uyğun olaraq, Rusiyaya qarşı – danışıqlar, səs-küylü bəyanatlar və müxtəlif sanksiyalar vasitəsilə təsir etməyə çalışılmasına baxmayaraq, Putin yenə də öz əməllərindən əl çəkməyib.

Bu həftə Estoniyada keçirilən hərbi təlimlərdə iştirak etmək üçün NATO oraya min nəfərdən ibarət əsgər kontingenti göndərib. Baltik ölkələri Şərqi Avropa ərazisində Amerikanın daimi dislokasiya olunmuş hərbi kontingentinin yerləşdirilməsini istəsə də, hələlik bu məsələdə Vaşinqton tərəddüd edir. Vaqif NƏSİBOV AzPolitika.info






Fikirlər