İSVEÇ NATO-ya daxil olmaq FİKRİNDƏ DEYİL
İsveç neytrallıq siyasətini davam etdirir. Krallığın xarici siyasət bəyannamasində deyilir ki, ölkə heç bir hərbi bloka daxil olmağa hazırlaşmır (TASS). Sənəddə qeyd olunur ki, İsveçin təhlükəsizlik siyasəti dəyişməz qalır:«Hərbi alyanslardan kənarda durmaq ölkə üçün əlverişli sayılır və Şimali Avropada sabitlik və təhlükəsizliyə öz tövhəsini verir. Bu, milli müdafiə məsələləri ilə yanaşı fəal, geniş və məsuliyyətli təhlükəsizlik siyasətini nəzərdə tutur».Bununla belə, ölkədə elə qüvvələr də var ki, İsveçin NATO üzvü olmasına can atır. Məsələn, sağ mərkəzçi müxalif alyans kimiləri. Alyansın nümayəndələri hökuməti ölkənin hərbi bloklara daxil olmaq məsələsi ətrafında ümumilli disskusiyalar təşkil etməməkdə tənqid atəşinə tuturlar.