Gürcüstan Rusiyanı hədələdi
Bunu Gürcüstanın Müdafiə naziri İrakliy Alasaniya hökumətin iclasından sonra deyib. O bildirib ki, Moskvanın etirazlarına baxmayaraq, Gürcüstanda NATO-nun infrastrukturu yaradılacaq, bu, Şimali Atlantik Alyansla əldə olunmuş razılaşmanın bir hissəsidir.
“Rəsmi Tiflis tərəfindən təklif olunan Gürcüstan-NATO paketi birgə hərbi təlimlərin keçirilməsi üçün açıq infrastrukturu nəzərdə tutur. Rusiya tərəfindən aqressiyanın qarşısını almaqdan ötrü Gürcüstanın özünümüdafiə qabiliyyətinin gücləndirilməsində NATO ilə belə əməkdaşlıq çox əhəmiyyətlidir. Alyansın təlim üçün açıq bazasının yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Gürcüstanın güclü olması bölgənin sabitliyi üçün əsas amildir. Regiona hədə məsələsinə gəlincə, bölgə üçün yeganə böyük hədə Rusiyanın Gürcüstanın işğal etdiyi ərazilərdəki hərbi qüvvələridir. Eyni işğalçılıq siyasəti bu gün Ukraynaya qarşı davam edir.2008-ci ildə Gürcüstandakı hadisələr və bu gün Ukraynada baş verənlər göstərir ki, Rusiya əsas işğalçı ölkədir. Məhz Rusiya region üçün ciddi hərbi təhlükədir”.