Borçalıların torpaqları geri qaytarılacaq

İvanişvili bununla bağlı azərbaycanlılara vəd verdi
Borçalıların torpaqları geri qaytarılacaq

Gürcüstanın Baş naziri ədaləti bərpa etmək və Gürcüstan vətəndaşı olan azərbaycanlılara keçmiş hakimiyyətin onlardan aldığı torpaqları qaytarmaq niyyətindədir. Bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili Tbilisidə mətbuat konfransında deyib. "Biz seçkiqabağı dövrdə yerli əhali ilə görüşdük və öyrəndik ki, xaricilərə satmaq üçün onların hətta şumlanmış torpaqlarını alıblar".
İvanişvili söz verib ki, yeni hökumətin prioriteti Gürcüstan vətəndaşlarıdır və Azərbaycan əsilli Gürcüstan vətəndaşları öz torpaqlarını geri alacaqlar. "Bizim üçün prioritet Gürcüstan vətəndaşlarıdır. Biz xarici investisiyaları alqışlayırıq, lakin vətəndaşlarımız hesabına deyil".






Fikirlər