Şevardnadze inciyib
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze NATO-nun baş katibi Anders Foq Rasmussenin Tiflisdəki kütləvi həbslərlə bağlı bəyanatı ilə özünü “təhqir edilmiş” hesab edir.
Azertaym.az-ın verdiyi məlumata görə, Şevardnadze Rasmussenin “Bu cür həbslər siyasi motivli xarakter daşıyır” fikrinə “Asaval-dasavali” qəzetinə açıqlamasında münasibət bildirib: “Qərbdəkilərin əksəriyyəti - Saakaşvilinin hakimiyyətdə qalacağına ümid edənlər çox məyus olublar. Qərbli siyasətçilərin əksəriyyəti də Saakaşvilini dəstəkləməyə hazır idi. Gürcüstanın talehini öz xalqı müəyyənləşdirdi. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra tarixdə siyasi həbslər olmayıb. Gürcüstan xalqı Rasmussenin bu cür bəyanatlarını qəbul etmir və etməyəcək”.
Şevardnadze onu da qeyd edib ki, Avropadan da bu bəyanata münasibət bildirilməlidir: “Bu, təhlükəli bəyanatdır. Avropalı dostlarımız buna fikir bildirməlidirlər. ABŞ-ın Gürcüstanda baş verən siyasi proseslərə münasibəti prinsipiallığı və obyektivliyi ilə fərqlənir”.