Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA -Dünyada yeni dalğa yaranır: "Hamımız yanıldıq..."

Musavat.com xəbər verir ki, CHP sədrinin açıqlamasına yer verən CNBC nəşri Türkiyənin 4 milyona yaxın qaçqına ev sahibliyinə diqqət çəkib.

"Şərqlə Qərbin coğrafi qovşağında yerləşən Türkiyənin təqribən 85 milyon əhalisi var. NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə 4 milyona yaxın qaçqına ev sahibliyi edir və Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməkdə mühüm rol oynayıb" - nəşr yazır.

Türkiyənin dünya üçün əhəmiyyətini vurğulayan CNBC prezident Rəcəb Tayyib Ərdoğanın ilk turda qazandığı uğurunun müxalifəti heyrətə saldığını qeyd edib.

4dfa2f73-5fdf-49f2-95ae-6e2b8a50.jpg (37 KB)

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun qaçqınlarla bağlı açıqlaması qərb mediasının gündəmindədir. Belə ki, Kılıçdaroğlu hakimiyyətə gələn kimi bütün qaçqınları evlərinə göndərəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, CHP sədrinin açıqlamasına yer verən CNBC nəşri Türkiyənin 4 milyona yaxın qaçqına ev sahibliyinə diqqət çəkib.

"Şərqlə Qərbin coğrafi qovşağında yerləşən Türkiyənin təqribən 85 milyon əhalisi var. NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə 4 milyona yaxın qaçqına ev sahibliyi edir və Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməkdə mühüm rol oynayıb" - nəşr yazır.

Türkiyənin dünya üçün əhəmiyyətini vurğulayan CNBC prezident Rəcəb Tayyib Ərdoğanın ilk turda qazandığı uğurunun müxalifəti heyrətə saldığını qeyd edib.

4dfa2f73-5fdf-49f2-95ae-6e2b8a50.jpg (37 KB)

CNBC Cribstone Strategic Macro konsaltinq firmasının qurucusunun Türkiyə ilə bağlı fikirlərini də işıqlandırıb. Makro Kılıçdaroğlu haqqında "ortalamanın altında olan namizəd" ifadəsini işlədib.

BBC isə seçkilərin ikinci turunda nəticələrin bütün dünyada yeni dalğa yaradacağını yazıb. Nəşr Avropa İttifaqının xarici siyasət üzrə keçmiş məsul şəxsi Baronessa Eştonun sözlərini də yer alıb.

"Ukraynanın işğalından bu yana Türkiyə dəyərli diplomatik vasitə kimi öz mövqeyini gücləndirdi. Müharibə edən ölkələr arasında danışıqları asanlaşdırdı, taxıl müqaviləsi ilə əsl sıçrayış etdi. Prezident Ərdoğan İngiltərənin Baş naziri Rishi Sunak, ABŞ prezidenti Co Baydendən Rusiya Prezidenti Putinə və Çin Dövlət Başçısı Si Cinpinə qədər hər kəslə ünsiyyət kanallarını açıq saxlayır" - Eşton Türkiyənin qlobal təsirə malik olduğuna diqqət çəkib.

Financial Times “Türkiyənin “ümidsiz” müxalifəti millətçi kart oynayır” başlığı ilə oxucularını qarşı-qarşıya qoyub.

Almaniyanın Tagesspiegel qəzeti "Qərb Kılıçdaroğlu haqqında yanıldımı?" başlıqlı xəbərində müxalifət liderinin qaçqınlara qarşı kampaniya başlatdığını qeyd edib.

"İlk turda ürək işarələri ilə demokratik və sülhsevər Türkiyə təbliğatı aparan CHP-nin namizədi indi qaçqınlara qarşı sərt sözlər işlədir. Qərbdə çoxları Kılıçdaroğlunun onları məyus etdiyini düşünür".

tuerkei-wahl--kemal-kılıçdaroğlu.jpg (148 KB)

Zeit qəzeti Kılıçdaroğlunun ikinci turda səs toplamaq üçün “sağçı şüarlar” səsləndirdiyini bildirib: “Daha ürəklər və yumşaq ritorika yoxdur”.

Tagesschau qəzeti isə Türkiyənin müxalifət namizədinin qaçqınlara qarşı aqressiv münasibət bəslədiyini yazıb. Qəzet Kılıçdaroğlunun ikinci tura sərt münasibətini “Sinan Oğana güzəştə getmək” kimi şərh edib.

Fransanın Le Figaro qəzeti də CHP sədrinin qaçqınlarla bağl açıqlamasından yazıb: "Kılıçdaroğlunun qeyri-adi sərt vədi səsvermədə üçüncü olan Sinan Oğanı dəstəkləyən seçicilərə bir mesaj kimi görünür".

ABŞ-ın Foreign Policy jurnalı da 14 mayda keçirilən seçkiləri və prezident Ərdoğanı şərh edib. Jurnal seçki şərhində qeyd edib ki, əvvəllər Türkiyəni tənqid edən Qərb mediası indi bu ölkənin yeni dövründən danışır.

 

“Prezident Ərdoğanın uduzacağını düşünməklə hamımız yanılmışıq. Ərdoğanın səs çoxluğunu qazandı” - jurnal yazıb.

 






Fikirlər