CHP lideri HƏBS EDİLƏ BİLƏR
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir. Buna səbəb kimi K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirakı göstərilir. KİV iddia edir ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib. Qeyd edək ki, məlumat hələ rəsmi təsdiqini tapmayıb.