Türkiyədə müxalifət liderinin baş müşaviri həbs olundu

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan CHP lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul həbs olunub.

AzerTaym.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun haqqında “silahlı terror təşkilatına üzv olmaq” iddiası ilə həbs olunmaq qərarı verilib.

Onun fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi “ByLock” proqramının istifadəçisi olduğu bildirilir.






Fikirlər