Məşhur aparıcı HƏBS olundu - Gülənin qardaşı oğludur
Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Fətullah Gülənin qohumu, vəkil Kəmaləddin (Kamal) Gülən həbs olunub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avqustun 22-də Kastamonu rayon Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Kəmaləddin Gülən bu gün məhkəməyə çıxarılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndərilib. Qeyd edək ki, Kəmaləddin Gülən “Samanyolu” televiziyasında xəbərlər proqramının aparıcısı olub. Onun F. Gülənin qardaşı oğlu olduğu bildirilir