12.05.2014. - Ərdoğanla bağlı şok sənəd – (Yenilənib)

12.05.2014. - Ərdoğanla bağlı şok sənəd – (Yenilənib)Gülən camaatının lideri Fətullah Gülənə aid olduğu iddia edilən yeni sənəd üzə çıxıb.

Virtualaz.org-un ANS PRESS-ə istinadən məlumatına görə, sənəddə ölkədə aparılan 17 dekabr əməliyyatları zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın öz ailəsi tərəfindən vurulacağı və yalnız qalacağı qeyd olunub. Yeni sənəddə qeyd olunub ki, Ərdoğan tək qaldıqdan sonra onun barəsində “Terror qruplaşaması ”yaratmaq ilə bağlı cinayət işi açılacaq. Bütün bunlardan sonra isə Ərdoğana “Terror qruplaşmasının lideri” adının veriləcəyi də Gülənin yeni sənədində öz əksini tapıb.

Ərdoğanla yanaşı, ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın da terror qruplaşmasının lideri kimi məhkəmə qarşısında ifadə verəcəyi sənəddə qeyd olunub.

Sənədlə əlaqədar araşdırma aparılacaq.

* * * 10:45

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin hərəkatına, eləcə də qeyri-leqal qruplaşmalara qarşı mübarizəyə başlanacağını vəd edib.

“Trend”-in məlumatına görə, xəbəri bu gün Türkiyənin "Sabah" qəzeti yayıb.

Ərdoğan vətəndaşları Gülən hərəkatının tərəfdarlarına münasibətdə ayıq olmağa çağırıb.

Virtuaplaz.org xatırladır ki, bir müddət əvvəl Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırmış, ABŞ-ı isə onun dəstəkləməkdə ittiham etmişdi.






Fikirlər