29.03.2014. - Fətullah Gülənin türk pasportu əlindən alındı

29.03.2014. -  Fətullah Gülənin türk pasportu əlindən alındı 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatında yaşayan lideri Fətullah Gülənin Türkiyə pasportu türk hakimiyyəti tərəfindən ləğv edilib.

"Milliyet" qəzeti xəbər verir ki, bundan əvvəl F.Gülənin xüsusi "yaşıl pasport"u olub.
Qeyd edək ki, qaydaya görə, bu cür pasportlar hökumətin keçmiş üzvlərinə, deputatlara və digər yüksək vəzifəli şəxslərə verilir.

Qəzet yazır ki, F.Gülən həmin pasportu 1990-cı ildə Ərzurumda qanunsuz yolla əldə edib. Ərzurum valiliyi bunu əsas gətirərək həmin pasportu ləğv edib.






Fikirlər