13.03.2014. - Gül Gülənin kurslarını bağladı

13.03.2014. -  Gül Gülənin kurslarını bağladıMartın 13-də Türkiyə prezidenti Abdullah Gülün təhsil sistemi ilə bağlı qanunlara düzəlişləri imzalaması ilə Gülən camiəsinin tədris kursları bağlanıb.

AzerTaym.az saytı musavat.com-a istinadən bildirir ki, düzəlişlərə görə, indiyə qədər tədris kurslarında dərs deyən müəllimlər personala ehtiyac duyulan tədris müəssisələrində yerləşdiriləcək.

Yada salaq ki, təxminən yarım il öncə Fətullah Gülən camaatı ilə AKP iqtidarı arasında çat yarandığını hökumətin tədris kurslarını bağlamaq fikrində olması xəbərləri təsdiq etmişdi. Gülən camaatının ən önəmli gəlir qaynaqlarından olan kursların bağlanması Xidmət hərəkatının çökdürülməsi kimi dəyərləndirilirdi.

Onu da vurğulayaq ki, Türkiyədəki kursların aylıq gəlirinin on milyonlarla dollar olduğu bildirilir. Ancaq sonradan tərəflərin 2015-ci ilə qədər kursların saxlanması haqqında anlaşdığı xəbərləri yayılmışdı. Martın 13-də isə Abdullah Gülün təhsil qanununa dəyişiklikləri imzalaması ilə kurslar tarixə keçdi.






Fikirlər