Hüseyin Gülərcə: “Hər kəs bu fırtınadan ziyanla çıxacaq”

Hüseyin Gülərcə: “Hər kəs bu fırtınadan ziyanla çıxacaq”“Daha öncələr şahid olmadığımız bir əməliyyatı yaşaya bilərik. Bu əməliyyat bazar ertəsi də başlaya bilər, Uzaq Şərq səfəri sonrası da”. "Zaman" qəzetinin yazarı Hüseyn Gülərcə Fətullah Gülən hərəkatına qarşı əməliyyat başlayacağı haqqında belə bir iddianı yerli telekanallardan birinə müsahibəsində səsləndir
H.Gülərcə hökumətin daxili işlər nazirliyi sistemindəki yerdəyişmələrinə diqqət çəkərək ən qısa zamanda Türkiyənin çox böyük bir fırtına ilə üzləşəcəyini deyib:“Bəzi saytlar “fırtına gəlir” xəbərlərini təhdid kimi qələmə verir. Ancaq mən “möhkəm dayanaq” deyirəm. Bu olay nə Səlcuqlu dönəmində yaşanıb, nə də Osmanlı dönəmində. Belə bir yanğın sünnilər arasında da yaşanmayıb. Tədbir hökumətə yönəlikdir, təbii. 700-1000 polisin yeri dəyişdi. Hər kəsin burada diqqət edəcəyi məsələ hüquqdur. Yanlışlığa yol verənlər hüquq qaydaları ilə əməllərinin dəyərini almalıdırlar”.

Hüseyn Gülərcə çıxışında baş nazir Rəcəb Tayyib Ərdoğanı bir sıra qüvvələrin bu işə təhrik etdiyini də xüsusi vurğulayıb:“Paralel düzənə qarşı bir əməliyyat başlayır. Baş nazir Ərdoğanın son toplantısı da bu məsələnin xəbərçisi idi. Baş nazir həmin toplantıya onun addımlarını müzakirə etməyənləri çağırmışdı. Bu toplantının əsas məqsədi baş nazir Ərdoğanın dediyim əməliyyata başlamaq məsələsində qərarlı olduğu mesajını vermək idi”.

H.Gülərcə bu əməliyyatda “camaat”ın böyük sıxıntılar yaşayacağını da dilə gətirib:“Nəticəsi hər nə olursa, olsun, böyük sıxıntılar qaçılmazdır. Daha öncə Xidmət hərəkatına belə bir münasibət olmayıb. Bu olaydan kimsə yara almadan çıxa bilməz. Bu qasırğanı sadəcə mən yox, Dəniz Baykal da hiss etməkdədir. Xidmət hərəkatı da yanlışlara yol verərək daxili müzakirələr keçirilməsi haqqında fakir səsləndirdi. Fətullah Gülən hocaəfəndini yanlış yönləndirənlər oldu. Gülən prezident Abdullah Gülə dekabrın 21-də məktub yazıb. Prezdent Gül durumu dəyərləndirmək üçün Fəhmi Korudan bir ricada bulunub. Bundan sonra baş nazir Ərdoğana “belə bir məktub var sizin də oxumanız istənilir”,
deyib”.


Yada salaq ki, dekabrın 21-də Fətullah Gülən Abdullah Gülə məktub yazaraq AKP-nin iddiaları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Aygün






Fikirlər