Fətullah Gülənin adamı hədələdi: "Heç yaşanmamış hadisələrə hazır olun"
Bu sözləri "Twitter"də Fətullah Gülənə yaxınlığı ilə bilinən "Zaman" qəzetinin köşə yazarı Hüseyin Gülərcə yazıb.
"Fırtınanın xəbərçisi mən deyiləm, cənab Məhmət Əli Şahin və cənab Burhan Kuzudur.
Əməliyyatı 6 ay əvvəldən bilən yazarların diqqətinə, demokratiyamız, millətimiz və dövlətimiz bu əngəldən güclənərək çıxacaq. Ancaq hər kəs prezident seçkisinə qədər bu torpaqlarda Türkiyə tarixində heç yaşanmamış hadisələrə və çətinliklərə hazır olsun.
Çətinliklərdə sağlam düşüncə ilə hərəkət edənlərin, üslub gözəlliyini qoruyanların və duruşunu pozmuyanların qazanacağı fırtınaya giririk. Bu fırtınada dostlar itiriləcək, çürüklər ayırd ediləcək, vəfasızlar üzə çıxacaq. Hər kəs öz yerini tapacaq. Sonunda Türkiyə qazanacaq" - deyə Gülərcə yazıb.