AVSTRİYAYA “BOZQURD” GÖNDƏRMƏSİ – Türk futbolçunun bu hərəkətinin səbəbi bəlli oldu + VİDEO
Ötən gün Avropa çempionatının son 16 turunun qapanış matçında Türkiyə milli komandası Avstriya üzərində əzmkar qələbə qazanıb. “AzPolitika” xəbər verir ki, “ay-ulduz”luların 2-1 qazandığı matçda hər iki qolun müəllifi olan türkiyəli müdafiəçi Merih Demiralın qol sonrası sevinci sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, Merih ötən gün vurduğu hər iki qoldan sonra Avstriya tribunalarına üz tutaraq türkçülüyün rəmzi hesab olunan “Bozqurd” işarəsi edib. Türkiyə mətbuatının yazdığına görə, Merih bu hərəkəti Avstriyanın 2019-cu ildə qüvvəyə minən qərarına etiraz əlaməti olaraq edib. Qeyd edək ki, Avstriya 2019-cu ildə ölkə ərazisində “Bozqurd” simvolundan istifadəni qadağan edən qanun qəbul edib. Qanunun “ekstremizmə və siyasi İslama qarşı mübarizə” əsası ilə qəbul edilidyi açıqlanıb. Xatırladaq ki, Türkiyə hökuməti həmin vaxt bu mübahisəli qanuna sərt reaksiya verərək, bu addımı pisləyən bəyanat yaymışdı. Oyun sonrası açıqlama verən Merih, türk olmaqdan qürur duyduğunu və bu səbəbədən də qolu bu şəkildə qeyd etdiyini deyib.