İrəvanda “bozqurd” işarəsi göstərən türkiyəli bloqerdən açıqlama - VİDEO
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə türkiyəli bloqer Berkay Türkmenin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub. Yenisabah.az xatırladır ki, bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərdiyi anları lentə alaraq sosial media hesablarında paylaşıb. B.Türkmenin digər bir videosunda isə İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyi diqqət çəkib. Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar. Hətta onu tapanlara pul mükafatı da vəd edilib. İctimai TV İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərən Berkay Türkmenlə bağlı süjet hazırlayıb.