ƏRDOĞANDAN PUTİN VƏ TRAMPA MESAJ... - Zelenskini mühfizəsi altına alır?+ VİDEO
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna lideri Volodimir Zelenski prezdient köşkündə olub. “AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın Zelenskini qarşılama mərasimi zamanı çəkilən bir foto böyük marağa səbəb olub. Belə ki, sözügedən fotoda diqqət çəkən məqam Ərdoğanın Qərbin tək buraxdığı Zelenski ilə çətirini paylaşması olub. Türkiyə KİV-lərinin yazdığına görə, Ərdoğan bununla Putinə və Trampa Zelenskinin onun mühfizəsi altında olduğu mesajını vermək istəyib. Qeyd edək ki, həmin detal sosial şəbəkədə istifadəçilərin də marağına səbəb olub. Xatırladaq ki, Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra saziş imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.