Qazi 39 saylı vəkil bürosunu məhkəməyə verir ...

Orxan Həsənov Məleykə xanım Abbaszadənin testindən necə “hakim” çıxıb? - MƏĞRUR BƏDƏLSOY YAZIR

DSMF-nin məhkəmə-vəkil bürosu saxtalığına əlavə edib

Borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) 22 aydır dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına, dələduzluqla dayandırmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbini DSMF-in məhkəmə-vəkil filialının saxtalaşdırmasını media qurumları işıqlandırıb.

Xatırladırıq ki, tələbkar qazinin iddia tələbi “05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı qərarın icrasının dayandırılmasından dəyən ziyanın ödənilməsi” olduğu halda, DSMF-in Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu (depertament müdiri, büro müdiri, vəkil Yeganə Məmmədova, baş mütəxəssis Gülnar Həzizadə)  “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” şəklinə salıb. 7 vərəqlik iddia tələbinə aid olmayan 06.02.2025-ci il tarixli etiraza 17.02.2025-ci ildə 6 vərəqlik əlavə olunub. Yenə də iddia tələbi “1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05.07.2017-ci il tarixli qərarının DÜZGÜN İCRA EDİLƏRƏK azaldılmış məbləğin bərpa edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” formasında saxtalaşdırılıb. Tələbkar qazinin tələbini “DÜZGÜN İCRA EDİLƏRƏK” yox, İCRANIN ÖZBAŞINA DAYANDIRILMASINDAN dəyən maddi-mənəvi ziyanın ödənilməsi təşkil edir. 39 saylı vəkil bürosunun, DSMF-in məhkəmə filialının  müdiri Yeganə Məmmədova hansı əsasla, hansı hüquqla, hansı prosessual fəaliyyət qabiliyyəti ilə əsl cavabdehin-borclu XŞTMF-nin adından məhkəməyə çıxır, etiraz edir və iddia tələbini saxtalaşdırır!(?) Bəs məhkəmə? Niyə bu qeyri-prosessual fəaliyyətə susur, 3 aylıq süründürməçilikdən sonra, hüquqi yardım etmədən, vəkil ayırmadan, İPM-in 9-2 maddəsinə əsasən iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini təmin etmədən iddianın mümkün sayılmaması haqqında qərardad çıxarır? Məhkəmə qərarının icrasının tələb edilməsinin mümkün sayılmaması Konstitusiyanın da, məhkəmənin də, parlamentin də, icra hakimiyyətinin də  mümkün sayılmaması deməkdir. Konstitusiyanın mümkün sayılmadığı ölkədə hansı məhkəmə təminatı, sosial təminat hüququndan danışmaq olar?

... 39 saylı vəkil bürosuna qarşı Qarabağ qazisinin məhkəmə davası açılır...

Məğrur Bədəlsoy

P. S. İmzalanan anda Ədliyyə Nazirliyi İcra xidmətinin rəis müavini Fəqan Şabanovun 2 cümləlik cavabı gəldi: “MƏHKƏMƏ QƏRARININ (hansının ?-M.B.) İCRA OLUNMAMASI İLƏ BAĞLI Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, oxşarməzmunlu (?-M. B.) əvvəlki müraciətləriniz İcra xidmətində araşdırılaraq Sizə müvafiq cavab verilmişdir” (??) Tələbkar qazi hazırkı, əvvəlki cavablarla illərdir icra olunmayan qərarların icrasına nail olur? Tələbkar icranı tələb edir, icra xidməti əvvəllər “it ilində” cavab verildiyini bildirir. Belə icra xidməti ilə qazinin tələbkar edildiyi 7 məhkəmə qərarının hansı birinin icrasından danışmaq olar? Suala ədliyyə naziri Fərid Əhmədov cavab verməyə borcludur. İli Konstitusiya və suverenlik ili elan edən Prezidentin (Administrasiyasının) tapşırığıdır, yerinə yetirməmək baha başa gələ bilər.

 






Fikirlər